Azərbaycanda 1346 yeni yoluxma var

Azərbaycanda 1346 yeni yoluxma var

Hazırda oxunan: Azərbaycanda 1346 yeni yoluxma var

2395

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 1346 yoluxma faktı qeydə alınıb, 598 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bizim.Media-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 67 min 392 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 50 min 9 nəfər müalicə olunaraq sağalıb, 867 nəfər vəfat edib. Aktiv xəstə sayı 16516-dır.

Ötən müddət ərzində 1 milyon 457 min 177 test aparılıb. Bugünkü test sayı isə 9592-dir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO