Koronavirus qaraciyər, ürək, böyrək, bağırsaq, beyin və sinir sistemi hətta dəridə belə dəyişikliklər yarada bilər.
Bizim.Media xəbər verir ki, mütəxəssislərin fikrincə, qaraciyər problemi olanlar xəstəliyi daha ağır keçirir və ölüm riskləri 3 qat artır.
Türkiyəli professor Onur Yaprak kovid-19-un ağciyərdən başqa digər orqanlara da ziyan etdiyini deyib:
"Qaraciyər və bağırsaqlarda ACE reseptorları çox olduğu üçün ağciyərdən sonra ən çox təsirlənən orqan həzm sistemidir. Qaraciyər ağrısı olanlar xəstəliyi daha şiddətli keçirməklə bərabər, ölüm riskləri də 3 dəfə artır.
Bəzi xəstələrdə həftələrlə ürək bulanma, qarın ağrısı kimi şikayətlər davam edir. Xəstəliyi ağır keçirənlərin təxminən yarısında halsızlıq, gücsüzlük, tez yorulma şikayətləri olur. Bu hal həftələrlə, bəzənsə aylarla davam edər. Bundan əlavə, virus ürək əzələlərində iltihaba səbəb olur. Zamanla ürək əzələsində yağlanma və fibrozis xəstədə ürək çatışmazlığı, ritim pozuntuları, sinə ağrısı kimi problemlərə yol açır.
Sinir sistemi baxımından isə xəstələrdə depressiya, baş, əzələ ağrısı, dad, qoxu alma itirmə halları olur. Və bu probemlər də uzun müddət davam edər.
Xəstəlik dəridə də bir sıra problemlərə yol açır. Belə ki, bu problem saç tökülməsinə qədər gedib çıxa bilər". (medicina.az)
Bizim.Media
![Bu halda koronavirusdan ölüm riski 3 dəfə artır Bu halda koronavirusdan ölüm riski 3 dəfə artır](https://bizim.media/file/articles/2021/05/31/1622490366_gulus.jpg)
- A-
- A
- A+
COP29
05:30 / 01.06.2021
Bu halda koronavirusdan ölüm riski 3 dəfə artır
Hazırda oxunan: Bu halda koronavirusdan ölüm riski 3 dəfə artır
Hazırda oxunan: Bu halda koronavirusdan ölüm riski 3 dəfə artır
23066
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.