Göbələk xəstəliklərindən xilas olmağın təbii yolu

Göbələk xəstəliklərindən xilas olmağın təbii yolu

Hazırda oxunan: Göbələk xəstəliklərindən xilas olmağın təbii yolu

22663

Hər bir insanın orqanizmində saysız-hesabsız göbələklər var. Göbələklərin yerləşdikləri nahiyyəyə uyğun olaraq özünəməxsus təsiretmə qabiliyyəti vardır. Bu göbələklərin bəzilərin orqanizm üçün yararlı sayılır, bəziləri isə müxtəlif göbələk xəstəliklərini əmələ gətirir.

Bizim.Media aşağıda təbii yollarla göbələk xəstəliklərindən xilas olmağın bəzi üsullarını təqdim edir:

Mixək yağı.

Mixək yağı ağız boşluğunda olan göbələk xəstəliklərinin müalicəsində istifadə edilir. O ağız boşluğunda olan göbələklərin kökünü kəsməklə onların diş ətində əmələ gətirdiyi xəstəlikləri sağaldır, ağız qoxusunu aradan qaldırır. Saf mixək yağı dəridə olan göbələk xəstəliklərinin sağalmasında böyük yardımçı olur.

Çay ağacı yağı.

Bu yağ ən çox dırnaq, ayaq və aralıq nahiyyəsində əmələ gələn göbələk xəstəliklərinin sağalmasına yardım edir.

Sarımsaq yağı və sarımsaq.

İyindən bir çox isnanın xoşu gəlməyən sarımsağın bir çox faydaları vardır. Bunlardan ən başda gələni göbələk əleyhinə təsir etməsidir. Sarımsağın tərkibində olan maddələr həm antibakterial, həm də antifunqal təsirə malik olduğu üçün o orqanizmə göbələkəleyhinə ən yaxşı təsir edən vasitədir. Sarımsaq orqanizmin bütün növ infeksiya və göbələk xəstəliklərə qarşı mübarizəsini möhkəmləndirir.

Bu səbəbdən də gün ərzində yemək zamanı 1 diş sarımsaq yemək və bunu bir ömür boyu davam etmək orqanizmi bir çox mikrob və göbələk növlərindən xilas edər və sizi xəstəliklərdən qoruyar.(milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO