Koronavirus kişilər üçün daha təhlükəlidir

Koronavirus kişilər üçün daha təhlükəlidir

Hazırda oxunan: Koronavirus kişilər üçün daha təhlükəlidir

2246

Cinsi hormonlar immunitet sisteminin işinə təsir etdiyinə görə kişilər koronavirus infeksiyasını daha ağır keçirirlər.

Bizim.Media xəbər verir ki, bunu Rusiyalı həkim, immunoloq-allerqoloq Vladimir Bolibok deyib:

“Qadın cinsi hormonları olan estrogenlər qoruyucu zülalların, antikorların hüceyrələrə nüfuz etməsini asanlaşdırır. Bu səbəbdən antikor istehsalı ilə minimal səviyyədə immun cavab reaksiyası belə qadınlarda olan bu antikorların hüceyrəyə daha asan və daha sürətli nüfuz etməsinə və virusları hüceyrə daxilində məhv etməsinə gətirib çıxarır ”.

Bolibok həmçinin bildirib ki, kişilər ateroskleroz xəstəliyindən də daha çox əziyyət çəkirlər. Bu da kişi hormonlarının təsirindəndir.

Həkim onu da qeyd edib ki, COVID-19  infeksiyasını yüngül keçirmək üçün damarların daxili astarının vəziyyəti də çox önəmlidir. Koronavirus infeksiyası fonunda kişilərdə tromboz qadınlara nisbətən daha tez və geniş rast gəlinir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO