Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil edilən Türk Dövlətləri Təşkilatının İqlimə Dayanıqlı Ağıllı Kəndlər üzrə Nazirlər Sessiyasında İqlimə Davamlı Kəndlər Forumu yaradılıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı tərəflər arasında müqavilə imzalanıb.
Müqavilə türk regionunda iqlim uyğunlaşması, regionların üzləşdiyi problemlərin qiymətləndirilməsi və əkinçilik icmalarının iqlimə daha davamlı olması üçün imkanların gücləndirilməsi ilə bağlı dərin mübadilə imkanı yaratmaq məqsədi daşıyır.
Qeyd edək ki, tədbirdə tərəflər kənd yerlərinin inkişafı, “ağıllı kənd” təşəbbüsləri, davamlı və iqlimə davamlı kənd layihələri və DİM-lərin lokallaşdırılması üzrə sübuta əsaslanan ən yaxşı təcrübələri bölüşüblər.
Bizim.Media
- A-
- A
- A+
COP29
14:18 / 19.11.2024
Bakıda Türk Dövlətləri Təşkilatının İqlimə Davamlı Kəndlər Forumu yaradıldı
Hazırda oxunan: Bakıda Türk Dövlətləri Təşkilatının İqlimə Davamlı Kəndlər Forumu yaradıldı
Hazırda oxunan: Bakıda Türk Dövlətləri Təşkilatının İqlimə Davamlı Kəndlər Forumu yaradıldı
221392
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.