NASA astronavtları Soni Viliems və Nik Heik Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) kosmosdan videobağlantı ilə müraciət ünvanlayıblar.
Bizim.Media xəbər verir ki, onlar bildiriblər ki, Yerdə baş verən hadisələr, o cümlədən yanğınlar, qasırğalar planetin dəyişdiyini göstərir.
"Planet hər saniyə dəyişir. Biz göydən baxanda bunu görürük", - deyə qeyd ediblər.
NASA nümayədələri COP29-da iştirak edən bütün tərəflərə, o cümlədən Azərbaycana təşəkkür ediblər:
“Biz planetin gözəlliyinin qorunması üçün səylərə görə təşəkkür edirik. Bizim partnyorlarımız və əməkdaşlarımız məlumatı sizinlə bölüşməyə hazırdır. Bizim missiyamız artan dəniz səviyyəsi, qaz emissiyaları və digər problemlərə kosmosdan baxaraq məlumatları Yerə ötürməkdir", - onlar vurğulayıblar.
Bizim.Media
- A-
- A
- A+
COP29
13:00 / 12.11.2024
Nasa nümayəndələri COP29-a görə Azərbaycana təşəkkür ediblər - VİDEO
Hazırda oxunan: Nasa nümayəndələri COP29-a görə Azərbaycana təşəkkür ediblər - VİDEO
Hazırda oxunan: Nasa nümayəndələri COP29-a görə Azərbaycana təşəkkür ediblər - VİDEO
220308
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.