"Bütün dünyada, o cümlədən Azərbaycanda onkoloji xəstələrin sayı artıb”.
Bizim.Media-nın məıumatına görə, bunu Azərbaycanda onkoloji xidmətin yaradılmasının 80 illiyinə həsr edilmiş elmi konfransda baş onkoloq Azad Kərimli deyib.
O bildirib ki, 2016-ci ildə 43927 xəstə qeydiyyatda olmuşdusa, ötən il bu göstərici 54403 nəfərə çatıb:
“Demoqrafik göstəricilərlə müqayisəli götürsək, artım olan yerdə istər-istəməz onkoloji xəstəliklərdə də artım müşahidə olunur. Bu gün onkoloji xəstələrin aşkarlanmasında vəziyyət çox yaxşıdır. 2016-ci ildə 17 166 nəfər 5 və 5 ildən artıq yaşayanlar idisə, 2020-ci ildə bu göstərici 19 766 nəfər olub. Ümumi ölüm göstəricilərinə baxsaq, 75 min ölüm hadisəsi qeydə alınıb, onkoloji xəstəliklərdən ölüm cəmi 6 faiz olub".
Bizim.Media
- A-
- A
- A+
COP29
15:06 / 21.05.2021
Azərbaycanda onkoloji xəstələrin sayı artıb
Hazırda oxunan: Azərbaycanda onkoloji xəstələrin sayı artıb
Hazırda oxunan: Azərbaycanda onkoloji xəstələrin sayı artıb
21895
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.