BRICS ölkələri COP29-un Azərbaycanda keçirilməsini DƏSTƏKLƏDİ

BRICS ölkələri COP29-un Azərbaycanda keçirilməsini DƏSTƏKLƏDİ

Hazırda oxunan: BRICS ölkələri COP29-un Azərbaycanda keçirilməsini DƏSTƏKLƏDİ

217501

BRICS üzvü olan ölkələrin dövlət başçıları COP29-un Bakıda keçirilməsini dəstəklədiklərini bəyan ediblər.

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Kazanda keçirilən BRICS sammitinin Yekun Bəyannaməsində qeyd edilib.
 

“Biz Azərbaycanda Konfransın uğurla keçirilməsinə sadiqik və təsirlərin yumşaldılması, uyğunlaşdırılması, itkilərin və zərərin bərpası sahələrində milli səviyyədə müəyyən edilmiş cari və gələcək fəaliyyət və məqsədlərə nail olmaq üçün əsas vasitə kimi inkişaf etməkdə olan ölkələr üçün iqlimin maliyyələşdirilməsi üzrə mənalı nəticələr gözləyirik”, - deyə sənəddə bildirilib.


Bəyannamədə Misirdə və BƏƏ-də keçirilən Tərəflər Konfransının nəticələrini yüksək qiymətləndirilib, COP30-un təşkilində Braziliyanın aparıcı rolunu, eləcə də Hindistanın 2028-ci ildə COP33-ə ev sahibliyi etmək üçün namizədliyini irəli sürməsi dəstəklənib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO