“Azərbaycan Respublikası Hökuməti ilə İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolu və Paris Sazişinin Katibliyi arasında məlumat mübadiləsi haqqında Anlaşma Memorandumu təsdiq edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Fərman imzalayıb.
Fərmanla, Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının müəyyən edilmiş Prezidenti (President-Designate) onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.
Həmçinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin Katibliyinə bildiriş göndərməlidir.
Bizim.Media
- A-
- A
- A+
COP29
19:40 / 10.10.2024
COP29-la bağlı Azərbaycan XİN-nin səlahiyyətləri ARTIRILDI - FƏRMAN
Hazırda oxunan: COP29-la bağlı Azərbaycan XİN-nin səlahiyyətləri ARTIRILDI - FƏRMAN
Hazırda oxunan: COP29-la bağlı Azərbaycan XİN-nin səlahiyyətləri ARTIRILDI - FƏRMAN
215483
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.