COP29-da Bakı metrosu necə İŞLƏYƏCƏK? – Rəsmi AÇIQLAMA

COP29-da Bakı metrosu necə İŞLƏYƏCƏK? – Rəsmi AÇIQLAMA

Hazırda oxunan: COP29-da Bakı metrosu necə İŞLƏYƏCƏK? – Rəsmi AÇIQLAMA

211300

“Hazırda COP29-la bağlı “Bakı Metropoliteni”n iş rejimində hər hansı dəyişiklik nəzərdə tutulmayıb. Bilirik ki, COP29 ərəfəsində şəhərimizə gələn qonaqların sayı kifayət qədər çox olacaq. Bununla əlaqədar olaraq yerüstü şəhər nəqliyyatı, infrastrukturunun fəaliyyət rejiminə uyğun olaraq “Bakı Metroliteni”ndə də müvafiq tənzimləmələrin hər biri tətbiq olunacaq”.

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, COP29 tədbiri ərəfəsində sərnişinlərin rahatlığı üçün bütün tədbirlər görüləcək:

“Hazırda bütün qurumlarla intensiv əlaqələr, o cümlədən, COP29 əməliyyat şirkəti ilə məsləhətləşmələr, tövsiyələrin alınması, müxtəlif məlumatların toplanması mərhələsi davam edir. COP29 dövründə nəinki qonaqlarımıızın, həm də Bakı şəhərinin Bakı metrosundan istifadə edən daimi sərnişinlərin rahatlığı məqsədilə bütün tədbirlər görüləcək”.

Günay Şahmar, Səid Qurbanov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO