Azərbaycan COP29 üçün dünyaya atəşkəs çağırışı edəcək

Azərbaycan COP29 üçün dünyaya atəşkəs çağırışı edəcək

Hazırda oxunan: Azərbaycan COP29 üçün dünyaya atəşkəs çağırışı edəcək

207685

“COP prosesi zamanı bütün əsas qərarlar yekdilliklə qəbul edilməlidir. Bununla belə, yekdillik tələb etməyən, lakin bizi iqlim məsələsində irəli aparacaq təkliflər də müzakirə olunacaq”.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan energetika nazirinin müavini, COP29 Azərbaycan üzrə baş icraçı direktor Elnur Soltanov “Anadolu” agentliyinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Azərbaycan da bu xüsusda 14 təklif irəli sürüb və bu təkliflərin həyata keçirilməsi üçün yekdillik lazım deyil:

“Bunları da bəzi ölkələr və ya şirkətlərlə həyata keçirə bilərik. İqlim maliyyəsi, enerji, kənd təsərrüfatı, su ehtiyatları, turizm, rəqəmsallaşma, yaşıl şəhərlər və insan resursları da Azərbaycanın təkliflərinə daxildir. COP29-da Olimpiya Oyunlarında olduğu kimi, biz bütün dünyada atəşkəsə çağırış edəcəyik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO