COP 29 könüllüləri üçün festival təşkil olunub

COP 29 könüllüləri üçün festival təşkil olunub

Hazırda oxunan: COP 29 könüllüləri üçün festival təşkil olunub

205887

Azərbaycanın ən böyük gənclər festivalı olan “Yay Fest” davam edir.

Bizim.Media report-a istinadən xəbər verir ki, COP29 Azərbaycan Əməliyyat Şirkətinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, festivalın növbəti dördüncü həftəsi “COP həftəsi” adlanaraq COP29 könüllüləri üçün təşkil olunub, həftə ərzində könüllülər COP prosesləri, ətraf mühitin mühafizəsi və iqlim problemlərinin həllində gənclərin rolu kimi mövzuları əhatə etməklə müxtəlif “yaşıl” təşəbbüslər və interaktiv fəaliyyətlərdə iştirak ediblər:

"5-9 avqust tarixlərini əhatə edən düşərgədə ümumilikdə 230-a yaxın COP29 könüllüsü iştirak edib. Şamaxıda təbiət qoynunda təşkil edilən tədbir boyu könüllülər COP29 Azərbaycan Əməliyyat Şirkətinin mütəxəssisləri tərəfindən keçirilən interaktiv təlimlərdə iştirak edib, eləcə də müxtəlif praktiki məşğələlərə qatılaraq təcrübələrini genişləndiriblər. Düşərgənin zəngin təlim proqramı gənclərin iqlim problemlərinə həssaslığının artırılmasına və ekoloji və COP prosesi barədə maarifləndirilməsinə yönəlib, eləcə də dayanıqlı davranışlarının formalaşmasını əhatə edib".

Məlumatda qeyd edilib ki, düşərgə ərzində IDEA İctimai Birliyi tərəfindən təşkil olunan “Təbiət naminə” interaktiv sessiyada Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev gənclərin ətraf mühitə məsuliyyətli yanaşmasının kollektiv səylərə töhfəsindən bəhs edib.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən Azərbaycan Respublikasında 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan olunması və cari ildə ölkəmizin COP29 kimi mötəbər tədbirə ev sahibliyi etməsi nəzərə alınaraq, “Yay Fest”in builki düşərgələrində ekologiya, iqlim dəyişmələri, ətraf mühitin mühafizəsi və bu problemlərin aradan qaldırılmasında gənclərin rolu, o cümlədən COP29 kimi mövzulara xüsusi üstünlük verilir. “Birlikdə daha yaşıl gələcəyə!” şüarı altında təşkil olunan builki festival Azərbaycan Gənclər Fondunun dəstəyi, IDEA İctimai Birliyi, COP29 Sədrliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, "CAVAN" Gənclər Hərəkatı İctimai Birliyi və "Gənc Könüllülər" İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilir. 8 düşərgədən ibarət olan və iki ay müddətini əhatə edən bu festivala ümumilikdə 2000-dən çox gənc qatılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO