BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Azərbaycan üçün böyük imkanlar yaradır. Tədbirdə həm mövcud, həm də gələcək layihələri göstərmək ölkəmiz üçün böyük imkandır.
Bizim.Media xəbər verir ki, bu sözləri COP29-un müəyyən edilmiş Prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev "Azərbaycanda Yaşıl Tikinti” üzrə keçirilən dəyirmi masada söyləyib.
Nazir bildirib ki, COP29-a dünyada böyük maraq var. Ona görə də bu istiqamətdə yeniliklər əldə etmək mümkündür.
“Bakıda, Gəncədə və işğaldan azad olunmuş ərazilərdə nümunəvi tikinti işləri həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə tikinti sahəsində ölkəmizdə böyük yeniliklər tətbiq edilir. Son 5-6 il ərzində şəhərsalmada su təchizatının yaxşılaşdırılması, yaşıllıqların salınması istiqamətində inkişaf var”, - deyə nazir əlavə edib.
Bizim.Media
- A-
- A
- A+
COP29
10:55 / 30.07.2024
Muxtar Babayev: "COP29 Azərbaycan üçün böyük imkanlar yaradır"
Hazırda oxunan: Muxtar Babayev: "COP29 Azərbaycan üçün böyük imkanlar yaradır"
Hazırda oxunan: Muxtar Babayev: "COP29 Azərbaycan üçün böyük imkanlar yaradır"
204218
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.