“Bu gün Azərbaycanda aşkar olunan koronoviruslu xəstələrin sayı 300 mini keçib. Onların sağalma faizi 92,3, ölüm faktı isə 1,4 faiz təşkil edir. Dünya miqyasında götürəndə ölüm göstəricisi bizdə azdır. Amma buna arxayın olmamalı, qabaqlayıcı tədbirlətrimizi davam etməliyik”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının müdiri Cəlal İsayev deyib.
C.İsayev bildirib ki, özündə virusun cüzi əlamətini hiss edən şəxs mütləq müayinə olunmalıdır:
"Əgər həmin insanda xəstəlik aşkarlanarsa cəmiyyətdən təcrid olunmalıdır. Ölkəmizdə 3 aydır vaksinasiyaya başlamışıq, amma hələ əhalinin 3,78 faizi vaksinasiya olunub, yəni hər iki vaksin kursunu keçiblər. Doğurudur, dünya maşatabında bu, az rəqəm deyil. Amma bizi qane etmir. Çıxış yolumuz əhalinin vaksinasiya olunmasıdır”.
Bizim.Media
- A-
- A
- A+
COP29
13:20 / 07.05.2021
Azərbaycanda koronavirusdan sağalma 92,3 faizdir
Hazırda oxunan: Azərbaycanda koronavirusdan sağalma 92,3 faizdir
Hazırda oxunan: Azərbaycanda koronavirusdan sağalma 92,3 faizdir
20404
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.