COP29 zamanı məktəblər bağlanacaq?

COP29 zamanı məktəblər bağlanacaq?

Hazırda oxunan: COP29 zamanı məktəblər bağlanacaq?

201197

“COP29 tədbirləri zamanı ölkədə fəaliyyət göstərən məktəblərin işində fasilə yaranması ilə bağlı hazırda hər hansı bir qərar yoxdur”.

Bizim.Media xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov brifinqdə deyib.

O.Abbasov bildirib ki, bununla bağlı hər hansı qərar qəbul edilsə, əvvəlcədən ictimaiyyətə açıqlanacaq:

“Biz hazırda sentyabrın 15-nə hazırlaşırıq”.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 bu il 11-22 noyabrda Azərbaycanda keçiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO