Yeni pandemiya XƏBƏRDARLIĞI – Azərbaycan bu virusu LOKALLAŞDIRA biləcək?

Yeni pandemiya XƏBƏRDARLIĞI – Azərbaycan bu virusu LOKALLAŞDIRA biləcək?

Hazırda oxunan: Yeni pandemiya XƏBƏRDARLIĞI – Azərbaycan bu virusu LOKALLAŞDIRA biləcək?

200737

Bir çox dünya alimləri quş qripi pandemiyası ilə üz-üzə olduğumuzu dilə gətirirlər. Ekspertlər bildirirlər ki, xəstəliyin qarşısı alınmasa, bu virus insanlar arasında da yayılacaq.

Bəs görəsən, sözügedən virusun Azərbaycanda yayılma ehtimalı varmı? Azərbaycan quş qripinə hazırdırmı?

Tibb elmləri doktoru, professor Adil Qeybulla mövzu ilə bağlı Bizim.Media-ya danışıb. O bildirib ki, qloballaşan dünyada yaşadığımız üçün baş verən proseslərə qarşı diqqətli olmalıyıq:

“Bu xüsusda quş qripini xüsusi qeyd etməliyik. Haqqında danışdığımız virusun Azərbaycanda yayılma praktikası artıq bir dəfə baş verib. Həmin dönəmlər biz bütün imkanları səfərbər etdik. Böyük Britaniyanın laboratoriyaları ilə müştərək çalışaraq bu infeksiyanı lokallaşdıra bildik. Quş qripinin pandemiya yaratmaq ehtimalı yoxdur. Pandemiya üçün virus sürətlə yayılmalıdır. Ancaq adi qrip pandemiyası nə vaxtsa olacaq”.

Həkimin sözlərinə görə quş qripi hələki hava-damcı yolu ilə yayılmır:

“Burada infeksiyanın mənbəyi quşlardır. Bu virus quş ətindən daha tez keçir. İnsana keçməsi hələ reallaşmayıb, belə təcrübə yoxdur. Ancaq baş verərsə, işlər sürətlənməlidir. Fikrimcə, ÜST bu virusu lokallaşdıra biləcək”.

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO