Bədənimizdə vitamin çatışmazlığını NECƏ bilək? – Terapevtdən MÜHÜM AÇIQLAMA 

Bədənimizdə vitamin çatışmazlığını NECƏ bilək? – Terapevtdən MÜHÜM AÇIQLAMA 

Hazırda oxunan: Bədənimizdə vitamin çatışmazlığını NECƏ bilək? – Terapevtdən MÜHÜM AÇIQLAMA 

194440

Vitaminlər orqanizmdə ən mühüm rolu oynayır. Belə ki, bir vitaminin çatışmaması müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Yəni hər bir vitamin çatışmazlığının özünəməxsus əlamətləri var. İnsan əlamətlərinə əsasən, hansı vitamin çatışmazlığından əziyyət çəkdiyini təxmini müəyyən edə bilər.

Həkim-terapevt Rasif Bağırov Bizim.Media-ya bildirib ki, çox vaxt vitamin çatışmazlığı gözlərdə, görmə qabiliyyətinin zəifləməsində problem yaradır:
 

MÖVZU İLƏ BAĞLI:

 D vitaminli qidalar - Siyahı 


“Çünki gözün hər şeyi rəngli görə bilməsi A vitamini ilə bağlıdır. Əgər gün ərzində insan nə qədər televizorda rəngli kadrlara baxarsa, bir o qədər A vitamini sərf edir. A vitamini saçın möhkəmliyində və keratinin sintezində iştirak edir. Amma A vitamini normadan artıq olanda qaraciyərdə müəyyən xəstəliklər yaradır”. 

Terapevt bildirib ki, B vitamin çatışmazlığı isə adətən mədə-bağırsaq və sinir sistemində problemlər yaradır:

“Lakin B1-B12 vitaminlərinin çatışmazlığı ayrı-ayrılıqda xəstəliklər yarada bilir. B1 çatışmazlığı beri-beri xəstəliyini yaradır. Beri-beri olduqca ağır xəstəlikdir. B1 çatışmazlığı həm də mədə-bağırsaq sisteminin pozulmasına da gətirib çıxarır. Ona görə də şəkərli diabet olan xəstələrin ayaqlarında neyropatiya yaranır. Bunun üçün şəkər xəstələrinə qara çörək məsləhət görülür. 

C vitamin çatışmazlığı isə dişin dibində irinli yaralar əmələ gətirir. C vitamini həm də antioksidant maddə olduğuna görə, orqanizmin hüceyrələrinin müdafiə sistemində çox yaxşı iştirak edir. 
D vitamini isə kalsiumu orqanizmdə təmin edir. Kalsium isə dəri, əzələ və sümük sisteminin möhkəmlənməsinə yardım edir. Yəni D vitamini çatışmayanda bədəndə kalsium da azalır”.  

Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO