B qrup vitamini çatışmadığını göstərən 6 əlamət

B qrup vitamini çatışmadığını göstərən 6 əlamət

Hazırda oxunan: B qrup vitamini çatışmadığını göstərən 6 əlamət

19201

B qrupuna 7 vitamin daxildir, onlar ən energetik elementlərdir və kalorini enerjiyə çevirir.

Bunlardan biri B 12 insan DNT-nin istehsalında, qan sistemi və sağlam sinir hüceyrələnin yaranmasında iştirak edir. Təsəvvür edin, təkcə B 12 çatışmaması nələrə səbəb ola bilər.

Sutkalıq normal miqdarda B qrup vitamini qida ilə qəbul etmədikdə orqan və sistemlərdə problemlər baş qaldırır.

Bizim.Media B qrup vitamini çatışmamasının əsas əlamətlərini təqdim edir.

Əminik ki, əksəriyyətinizdə bu defisit var.

- Ayaqlar, əllər, qollarda uyuşma, qıcolma, tikanbatma, keyimə hissi

Bu o deməkdir, yeni sinir hüceyrələrinin bərpası üçün B qrup vitamini çatmır, sinirlər müdafiəsiz qalıb.

- Yorğunluq, halsızlıq – B qrup çatışmadıqda insan daim həmişə yorğun olur. Belə adamlarda gizli anemiya da yaranır.

- Bənizin, üz dərisinin ağarması, bozarması

Sarı təhər, torpaq rəngi, bozumtul dəri rəngi dərinin kifayət qədər oksigen almamasına işarədir.

- Depressiya

B qrup bütün sinir sistemi və qan dövranına lazım olduğu üçün neyronlarla bağlı istənilən problem beynin işini pozur.

- Yaddaşsızlıq, huşsuzluq

Beyində normal metobolik proseslərin getməsi üçün B qrup vitamin mütləqdir. Onun çatışmaması demensiya, Alsgeymer və s. xəstəlikləri yaradır. Dünən yediyini bu gün yaddan çıxaranlar, qanda B 12 vitaminini yoxlatsın.

- 50 yaşdan yuxarı olmaq

Zamanla insan yaşlaşdıqca B qrup vitamini azalır, ona kəskin ehtiyac yaranır. Ona görə 50 yaşdan sonra mütləq B qrup vitamini qəbul edin. (medicina)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO