“Dünyanı yeni pandemiya gözləyir, bu dəfə...” – Professordan qorxunc XƏBƏRDARLIQ

“Dünyanı yeni pandemiya gözləyir, bu dəfə...” – Professordan qorxunc XƏBƏRDARLIQ

Hazırda oxunan: “Dünyanı yeni pandemiya gözləyir, bu dəfə...” – Professordan qorxunc XƏBƏRDARLIQ

190029

Dünya əhalisinin sayının kifayət qədər artması və yaşadığımız planetin resurslarının tükənməsi təhlükəsinə görə bəzi laboratoriyaların virusları şüurlu şəkildə çoxaltmaları ilə bağlı dünya mətbuatında iddialar var.

Ölkəmizdə də bəzən bu fikri səsləndirən insanlara rast gəlmək mümkündür.

Bəs bu iddialar nə dərəcədə doğrudur? Həqiqətən, dünya əhalisinin sayını azaltmaq istəyirlər?

Tibb elmləri doktoru, professor Adil Qeybulla mövzu ilə bağlı Bizim.Media-ya bildirib ki, dünya əhalisinin həndəsi silsilə ilə artması antropogen fəaliyyətin çoxalmasına və yer kürəsində çox ciddi problemlərin yarannmasına səbəb olur:

“Qlobal istiləşmədən tutmuş, içməli su ehtiyatlarının tükənməsi, atmosfer havasının çirklənməsi, flora və faunanın sıradan çıxarılması və s. qeyd edə bilərik. Laboratoriyaların hansısa virusları düzəltməklə insanları sıradan çıxarmaları ilə bağlı iddialar ciddi ittihamdır və bunun heç bir əsası yoxdur.

Məsələn, koronavirus pandemiyası əhali artımının nəticəsidir. Say artır, fauna və flora sıxışdırılır. İnsanlar ənənəvi olmayan qidalarla qidalanırlar, nəticədə heyvanlarda olan viruslar insanlara transfer olur. Koronavirusun insanlara transferi ötən əsrin 60-cı illərinə təsadüf edir. Koronavirus daşıyıcı virusdur. Mutasiya etmək funksiyası olduğuna görə nə vaxtsa onun pandemiyası gözlənilirdi. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) indi də bizi qarşıda gözləyən qrip pandemiyası ilə bağlı həyəcan təbili çalır. Bu pandemiya mütləq olacaq. 1 və ya 5 il sonra olacağını demək çətindir. Qrip virusu da mutasiyaya uğrayır, hər il yeni formada peyda olur. Buna görə də ispan qripi kimi ağır forması ilə dünya nə vaxtsa üzləşəcək. Bunlar elmi proqnozlardır və elmi əsasları var”.

O əlavə edib ki, səslənən iddialar cəfəngiyyatdır və belə bir hal olsa, Helsinki Konvensiyasına görə cinayət kimi dəyərləndirilə bilər:

“Hansısa formada bu virusların hazırlanacağına inanmıram. Koronavirus pandemiyasında təxminən hər min nəfərdən biri vəfat etdi. Bu, dünya əhalisinin sayının azalması üçün yetərli deyil. Qısası, həm faktoloji, həm də məntiqi baxımdan bu iddianı doğru hesab etmirəm.

Ancaq bunu qeyd edim ki, insan artımı bəşəriyyəti fəlakətə aparan çox ciddi bir səbəbdir”.

Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO