Elektron formaya keçən tibbi arayışın qiymətində DƏYİŞİKLİK olacaqmı? – Rəsmi AÇIQLAMA 

Elektron formaya keçən tibbi arayışın qiymətində DƏYİŞİKLİK olacaqmı? – Rəsmi AÇIQLAMA 

Hazırda oxunan: Elektron formaya keçən tibbi arayışın qiymətində DƏYİŞİKLİK olacaqmı? – Rəsmi AÇIQLAMA 

189559

Xəbər verildiyi kimi işə qəbul olmaq üçün tələb olunan sağlamlıq haqqında arayışı və sürücülüyə yararlı olmaq haqqında tibbi arayışları artıq elektron formada almaq mümkün olacaq.

Sistem mayın 1-dən bütün tibb müəssisələrində aktivləşəcək.
 

MÖVZU İLƏ BAĞLI:

“Tibbi arayışın verilməsində sui-istifadə halları olurdu” – Misirxan Sadıqzadə 


Qeyd edək ki, ənənəvi qaydada alınan sağlamlıq haqqında və tibbi arayışlar üçün 40 manat rüsum ödənilirdi.

Maraqlıdır, bəs elektronlaşma qiymətə öz təsirini göstərəcəkmi?

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, arayışın elektron şəkildə verilməsi ilə rüsumda heç bir dəyişiklik olmayacaq. 

Bəs sağlamlıq haqqında arayışların İcbari Tibbi Sığortanın Xidmətlər Zərfinə aid edilməsi düşünülürmü?

İTSA-dan sorğumuza cavab olaraq bildirilib ki, hazırda bu barədə qərar verilməyib:

“Prezident İlham Əliyevin 13 may 2022-ci il tarixli Fərmanı ilə TƏBİB tabeliyindəki dövlət tibb müəssisələri tərəfindən əhaliyə İcbari Tibbi Sığorta üzrə Xidmətlər Zərfinə daxil olmayan və ödəniş tələb olunan tibb xidmətlərini və tarifləri TƏBİB müəyyənləşdirir. 18 yaşdan yuxarı vətəndaşların sağlamlıq barədə arayışı ödənişlidir. Bu barədə yenilik olduqda ictimaiyyətə məlumat veriləcək”.

Nuranə Daxilqızı, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO