Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq.
Bizim.Media xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.
Əmrə əsasən, ölkənin bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi” keçiriləcək.
2024-cü il 21–27 aprel tarixlərini əhatə edəcək “İmmunlaşdırma həftəsi” çərçivəsində bütün şəhər və rayonlarda hər hansı səbəbə görə vaksinasiyadan kənarda qalan uşaqların peyvəndlərə cəlb edilməsi, peyvəndlərlə əhatə səviyyəsi xüsusilə aşağı olan regionlarda monitorinqlərin keçirilməsi nəzərdə tutulur.
Eyni zamanda, uşaqların vaksinasiyasını həyata keçirən tibb müəssisələrinə immunlaşdırma tədbirlərinin təşkilində metodiki köməkliyin göstərilməsi, əhalinin bu barədə maarifləndirilməsi kimi məsələlərin təşkili də nəzərdə tutulub.
Bizim.Media
- A-
- A
- A+
COP29
13:52 / 19.04.2024
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq - Nazir əmr İMZALADI
Hazırda oxunan: Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq - Nazir əmr İMZALADI
Hazırda oxunan: Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq - Nazir əmr İMZALADI
187936
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.