Sızanaqlar hansı xəstəliklərdən xəbər verir?

Sızanaqlar hansı xəstəliklərdən xəbər verir?

Hazırda oxunan: Sızanaqlar hansı xəstəliklərdən xəbər verir?

18539

Hər bir insanın, xüsusilə də qadınların baş bəlasına çevrilən sızanaqların çıxmağı bəzi xəstəliklərin xəbərçisi ola bilər.

Bizim.Media üzdə çıxan sızanaqların yerinə görə hansı səbəbdən qaynaqlandığını bildirir:

Burun və ətrafında çıxan sızanaqlar yüksək təzyiqin xəbərçisi ola bilər. Çalışın enerji içkiləri və duzdan uzaq durun, yetəri qədər meyvə-tərəvəz yeməyə diqqət edin.

Çənədə çıxan sızanaqlar bağırsaq ilə bağlıdır. Südlü və yağlı qidalardan uzaq durmaq məsləhət görülür.

Dodaq ətrafı yaranan sızanaq ağız və diş ilə bağlı ola bilər. Mütəmadi olaraq dişlərinizi təmizləyin və ağzınızı yuyun. Şəkərli yemək və içkilərdən isə uzaq dursanız məsləhətdir.

Alın nahiyəsində meydana çıxarsa bu, zəif həzm və susuzluq mənasına gəlir. Bol su içməli, qazlı içkiləri, kofeini, pəhrizi həyatınızdan uzaq tutmalısınız.

Göz ətrafı və qulaqlarda yaranarsa, bu bölgə böyrəklərlə bağlıdır. Bol su içməyinizdə və duzlu qidalardan uzaq durmağınızda fayda var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO