“Maska taxmadan öncə bunu etmək təhlükəlidir” - Həkimdən XƏBƏRDARLIQ - VİDEO

“Maska taxmadan öncə bunu etmək təhlükəlidir” - Həkimdən XƏBƏRDARLIQ - VİDEO

Hazırda oxunan: “Maska taxmadan öncə bunu etmək təhlükəlidir” - Həkimdən XƏBƏRDARLIQ - VİDEO

18311

“Müəyyən material və parçalara qarşı allerqiyası olan adamlar var. Allergik adamlarda bəzən maskadan ağızətrfı  nayihələrdə dermatitlər əmələ gəlir”

Bizim.Media xəbər verir ki, bunu ARB 24-də yayımlanan “İş vaxtı” verilişində həkim-dermatoloq Şövqi Zeynalov deyib.

Onun sözlərinə görə,  maskadan doru istifadə və onu çıxardıqdan sonradan üzə qulluq vacibdir.

“Rəngli, müxtəlif materiallı maskalardan istifadə düzgün deyil. Maska tam pambıqdan olmalıdır. Onu çıxartdıqdan sonra   xlorgeksidinlə silmək lazımdır. Çünki o dərini qızartmayacaq, mənfi reaksiya verməyəcək, hətta viruslara əks təsir göstərəcək”. 

Həkim  bildirib ki, maskadan əvvəl tonal kremlərdən istifadə etmək məsləhət deyil:

“Xüsusilə tünd rəngli tonal vasitələr təhlükəlidir. Çünki onlar məsamələri doldurur. Dərinin nəfəs almasına imkan vermir. Sanki “parnik effekti” yaradır. Nəticədə mikrobların artması üçün şərait yaranır. Maska təmiz dəriyə taxılmalıdır”.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO