Qrip peyvəndi bütün respirator viruslara qarşı EFFEKTLİDİRMİ? - Rəsmi AÇIQLAMA 

Qrip peyvəndi bütün respirator viruslara qarşı EFFEKTLİDİRMİ? - Rəsmi AÇIQLAMA 

Hazırda oxunan: Qrip peyvəndi bütün respirator viruslara qarşı EFFEKTLİDİRMİ? - Rəsmi AÇIQLAMA 

179066

Son zamanlar ölkədə uşaqlar və böyüklər arasında qrip simptomlu xəstəlik yayılıb. Qış fəsli başlayandan xəstəlik sürətlə yayılır və həftələrlə davam edir. Tibb sahəsi üzrə mütəxəssislər yüksək hərarət, öskürək, boğaz ağrısı, burun axması, bəzi hallarda isə ishal və əzələ ağrısı ilə müşayiət olunan xəstəliyin qrip və ya digər mövsümi viruslar olduğunu bildirirlər.

Həkimlər qripdən və ağırlaşmalardan qorunmaq üçün qrip əleyhinə vaksin olunmağı tövsiyə edirlər.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yanvar ayında yaydığı məlumata görə, 2023-2024-cü il payız-qış mövsümü ərzində TƏBİB-in tabeliyində olan tibb müəssisələri üzrə 15 550 nəfərin vaksinasiyası aparılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Qızılcadan ölüm halları niyə ARTIR? – Xəstəliyin yeni forması ilə bağlı XƏBƏRDARLIQ  


Bildirilib ki, qrip əleyhinə inaktivləşdirilmiş vaksinlər mövsümi olaraq, xüsusilə qrip ağırlaşmalarının meydana çıxma riski yüksək olduğu hallarda uşaqların və böyüklərin qripdən qorunmasına kömək edir.

Ölkədə hər il qrip əleyhinə vaksinasiya aparılır. Maraqlıdır ki, həmin vaksinin tətbiq edildiyi şəxslər respirator virusların hamısından azad ola bilərlər, yoxsa hər virusun öz peyvəndi vurulmalıdır?

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov Bizim.Media-ya açıqlamasında məsələyə aydınlıq gətirib. O bildirib ki, qrip peyvəndi digər respirator viruslardan qorumur:

“Kəskin respirator virus infeksiyaları çoxsaylıdır, bunların arasında qrip virusu daha təhlükəli kimi epidemiya və pandemiyalara səbəb ola bilir. Qripin ağır fəsadları baş verərsə, ölüm halları inkişaf edə bilər. Digər respirator virus infeksiyaları daha mülayim keçir, ağır hallar az təsadüf olunur. 

Hər il ÜST növbəti epidemioloji mövsümdə hansı qrip ştamlarının dövr edəcəyini proqnozlaşdırır və bunlara uyğun vaksin hazırlanır. Hazırda ölkəmizə gətirilmiş qrip əleyhinə vaksin 4 komponentli olub tərkibində A qripi və B qripi ştamları var. Həmin peyvənd yalnız tərkibindəki qrip ştamlarından qoruyuculuq yaradır. Digər respirator viruslara görə peyvəndləmə aparılmır”.

Tibb elmləri doktoru, professor Adil Qeybulla isə qripin tez-tez mutasiyaya uğradığını qeyd edib:

“Qrip RNT daşıyıcı olan virusdur və bunun hər il yeni forması meydana gəlir. Qrip vaksini də əvvəlki illərin bir neçə formasına qarşı olan vaksindir. Bu vaksin immun sistemini stimullaşdırır, yoluxucu xəstəliklərə qarşı orqanizmin dözümlülüyünü artırır. Hətta qrip olduqda belə onu yüngülləşdirir. Yəni vaksinin effektivliyi çoxdur. Sadəcə olaraq, qrip tez-tez mutasiya edən virus olduğuna görə, onun birdəfəlik vaksini yoxdur. Koronavirusda da belədir. 

Amma vaksinasiya etdirmək vacibdir. 

Bizim, ümumiyyətlə, qripə dözümlülüyümüz var, çünki illərdir insanlar bunu keçirilər, amma hər il yeni formada peyda olur. Hesab edirəm ki, yanaşı xəstəlikləri olan, ürək-damar, onkoloji xəstəlikdən əziyyət çəkənlərin vaksinasiyası çox önəmlidir. Bu, xəstəlik olsa belə qripi daha yüngül keçirməyə kömək edər. Adətən, vaksin olunan şəxslərdə immunsistemi stimulyasiya olunduqdan onlar bir qayda olaraq qripə tutulmurlar, tutulanda da çox yüngül keçirirlər”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO