İranda ötən sutkada 24 760 COVİD-19 testi pozitiv nəticə verib, 291 nəfər bu infeksiyadan vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Sima Sadat Lari məlumat verib.
MÖVZU İLƏ BAĞLI:
İranda bir gündə 89 nəfər öldü
İranda bu günə qədər koronavirusdan ölənlərin ümumi sayı 65 min 55 nəfərə, yoluxanların sayı isə 2 milyon 118 min 212 nəfərə çatıb.
Bu günə qədər 1 milyon 729 min 293 nəfər xəstəlikdən tam sağalaraq evə buraxılıb.
İnfeksiyaya yoluxan və hazırda xüsusi rejimli xəstəxanaların intensiv terapiya şöbələrində müalicəsini davam etdirən 4481 nəfərin vəziyyəti ağırdır.
Bizim.Media