Sabahdan etibarən İranın 25 vilayətinin mərkəzinə giriş-çıxış məhdudiyyəti tətbiq olunur.
Bizim.Media İran mətbuatına istinadən bildirir ki, bunu İranın Koronavirusla Mübarizə Milli Qərargahının təhlükəsizlik, ictimai və hüquq-məsələləri üzrə komitəsinin sədri və İranın daxili işlər nazirinin müavini Hüseyn Zülfüqari deyib.
O bildirib ki, 25 vilayətə şəxsi avtomobillərlə çıxışlar və girişlər qadağandır.
O, məhdudiyyətlərin 6 noyabradək davam edəcəyini bildirib.
Nazir müavini qaydaları pozanların 5 milyon rial (təxminən 119 dollar) dəyərində cərimə olunacağını da vurğulayıb.
Vacib sahələr (hüquq-mühafizə, tibbi yardım ve s) üzrə avtomobillərin hərəkətinə qadağalar tətbiq olunmayıb.
Qeyd edək ki, bu günədək (1 noyabr) İranda 620 491 nəfər koronavirusa yoluxub. Bu virusda 35.298 nəfər həyatını itirib. Sağalanların sayı isə 486.691 nəfəri təşkil edir.
Bizim.Media