Çin alimləri Pekinin Ümumdünya Səhiyyə Təşkilatına rəsmi məlumat verməsindən iki həftə əvvəl, COVID-19-a səbəb olan SARS-CoV-2 virusunun strukturunu demək olar ki, tamamilə tədqiq ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti məlumat yayıb.
Məlumata görə, COVID-19-u müəyyən etdikdən yalnız iki həftə sonra Pekin virus barədə Ümumdünya Səhiyyə Təşkilatını rəsmi şəkildə məlumatlandırıb.
Qeyd olunub ki, 28 dekabr 2019-cu ildə Çin alimləri SARS-CoV-2-nin strukturunun demək olar ki, tam ardıcıllığını Amerika tərəfinə təhvil veriblər. O zaman Pekin Uhan epidemiyasını “naməlum pnevmoniya” adlandırıb.
Çin virusun strukturunu isə yalnız 11 yanvar 2020-ci ildə ÜST-ə ötürüb. Nəşr yazıb ki, iki həftə beynəlxalq tibb ictimaiyyətinə COVID-19-un necə yayıldığını anlamaqda və peyvəndin üzərində işləmək üçün həlledici rol oynaya bilərdi.
Bizim.Media
- A-
- A
- A+
COP29
11:36 / 18.01.2024
COVID-19-la bağlı daha bir İDDİA: Çin ÜST-ə məlumat ötürməzdən iki həftə əvvəl...
Hazırda oxunan: COVID-19-la bağlı daha bir İDDİA: Çin ÜST-ə məlumat ötürməzdən iki həftə əvvəl...
Hazırda oxunan: COVID-19-la bağlı daha bir İDDİA: Çin ÜST-ə məlumat ötürməzdən iki həftə əvvəl...
173963
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.