Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son 1 həftədə (04.12.2023-10.12-2023) 17 yeni yoluxma faktı qeydə alınıb, 12 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bizim.Media-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 834 189 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 823 770 nəfər müalicə olunaraq sağalıb, 10 377 nəfər vəfat edib, aktiv xəstə sayı 42 nəfərdir.
Ölkədə son həftə ərzində 3089, hazırkı dövrədək isə 7 721 568 test aparılıb.
Bizim.Media