DİQQƏT: COVİD pasportunuz da hazırdır - FOTO

DİQQƏT: COVİD pasportunuz da hazırdır - FOTO

Hazırda oxunan: DİQQƏT: COVİD pasportunuz da hazırdır - FOTO

16369

Covid-19 virusunun qarşısının alınması məqsədi ilə ötən ilin mayından istifadəyə verilən E-təbib mobil tətbiqində (applikasiya) növbəti yenilik edilib.

Bizim.Media xəbər verir ki,tətbiqə COVİD pasport sistemi əlavə edilib. E-təbib modul tətbiqinin ön səhifəsində yer alan Statistika, Şəxsi Kabinet, Sağlamlıq statusunuz, QR oxuyucu, Tətbiqin statusu, Qaydalar və təlimatlar, tez-tez verilən suallar və Əlaqə bölmələrinə “COVİD pasport” sistemi əlavə edilib.

Qeyd olunan yeni bölməyə daxil olan zaman şəxsin özünün peyvənd olunub-olunmaması haqda barkodlu məlumatlar yer alır.
 

MÖVZU İLƏ BAĞLI:

DİQQƏT - E-təbib mobil tətbiqi ilə müvəqqəti icazəni 10 dəqiqə tez ala bilərsiniz 


Hansı ki, hər hansı xarici ölkə səyahəti zamanı koronavirusla əlaqəli sənəd tələbi zamanı E-təbib modul tipli tətbiq vasitəsilə həmin pasport təqdim ediləcək.

Pasport pandemiyanın mövcud olduğu müddət ərzində qüvvədə olacaq. Orada peyvənd, test və digər sertifikatlar elektron formatda qeyd edilir.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO