Uşaqlar arasında yeni infeksiya – Daha 6 uşaq xəstəxanaya yerləşdirildi

Uşaqlar arasında yeni infeksiya – Daha 6 uşaq xəstəxanaya yerləşdirildi

Hazırda oxunan: Uşaqlar arasında yeni infeksiya – Daha 6 uşaq xəstəxanaya yerləşdirildi

15819

Rusiyanın Volqoqrad şəhərində 6 uşaq naməlum xəstəliklə xəstəxanaya yerləşdirilib. 

Bizim.Media xəbər verir ki, bu barədə şəhər rəhbərliyi məlumat verib. Həkimlərin ilkin diaqnozuna görə uşaqlar dəqiq olmayan etiologiyalı bir virus infeksiyasına yoluxublar. Onların laboratoriya testlərinin nəticələrindən sonra dəqiq diaqnoz barədə məlumat veriləcəyi bildirilib. 

 

MÖVZU İLƏ BAĞLI:

Uşaqlarda iştahsızlıq və yuxusuzluğun səbəbi


Xəstəxanaya yerləşdirilən uşaqlar 3 yaşdan 11 yaşa qədərdir. Azyaşlı 3 nəfər  Volqoqraddakı regional xəstəxananın yoluxucu xəstəliklər şöbəsinə, daha üç nəfər isə şəhər xəstəxanasına yerləşdirilib.

Bölgə rəhbərliyinin ixtisaslaşmış komitələrindən mütəxəssislər uşaqların yaşadığı əraziyə təhkim olunublar. Onlar sanitariya və epidemioloji araşdırmalara başlayıblar.  

Bundan əlavə, Volqoqraddakı uşaq bağçalarından birində yoluxucu xəstəlik baş verib. Orada infeksiya 6 uşaqda və 2 tərbiyəçidə aşkar edilib.

Bundan əvvəl Saxalinin Şahtersk şəhərində bağçalardan birində infeksion  bağırsaq xəstəlikləri ilə yoluxma halı aşkarlanmışdı. Məktəbəqədər tərbiyə müəssisəsinin 7 nəfəri xəstəxanaya yerləşdirilib, qalanları ambulator nəzarətdədir. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO