Azərbaycanda koronavirusun yeni ştamları AŞKARLANIB? 

Azərbaycanda koronavirusun yeni ştamları AŞKARLANIB? 

Hazırda oxunan: Azərbaycanda koronavirusun yeni ştamları AŞKARLANIB? 

152325

“Hazırda Azərbaycanda COVID-19-un yeni ştamlarının aşkarlanması faktı təsdiqlənməyib”. 

Bizim.Media “report.az”a istinadən xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib. 

Qeyd olunub ki, yay mövsümündə xarici ölkələrə səfərlərin artması ilə əlaqədar mövsümi olaraq COVID-19 virusuna yoluxmaların sayının artması gözləniləndir: 

“Müxtəlif ölkələrdən olan şəxslərin hava limanı, təyyarə, kütləvi əyləncə məkanları kimi qapalı yerlərdə bir araya gəlməsi yoluxmaların artmasına təkan verə, yeni ştamların yayılmasına səbəb ola bilər. Lakin hazırda Azərbaycanda COVID-19-un yeni ştamlarının aşkarlanması faktı təsdiqlənməyib. Koronavirus mutasiya etməyə davam edir və artıq bu ştamların da əlavə mutasiyalara malik subvariantları formalaşır. Bu səbəbdən variantlar ÜST və digər ictimai səhiyyə qurumları tərəfindən daim nəzarətdə saxlanılır”. 

Qeyd edək ki, TƏBİB tabeliyindəki tibb müəssisələrində bütün növ kəskin respirator infeksiyaların müalicəsi üçün zəruri infrastruktur mövcuddur.

COVID-19 virusuna yoluxmuş şəxslərin müalicəsi üçün xüsusi ayrılmış Məhəmmədi Modul tipli xəstəxana da fəaliyyət göstərir. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO