Avstraliyanın Sidney Universitetinin tədqiqatçıları gündəlik intensiv fiziki fəaliyyətlə xərçəng riski arasındakı əlaqəni araşdırıblar.
Bizim.Media “Euronews”ə istinadən xəbər verir ki, alimlər araşdırmalar zamanı gün ərzində 4-5 dəqiqə intensiv şəkildə fiziki işlə məşğul olduqda bəzi xərçəng növü risklərinin 32%-ə qədər azala biləcəyini müəyyən ediblər.
Tədqiqatçılar 7 ildir idman etməyən 22 mindən çox insanın müşahidə edildiyi araşdırma həyata keçirib, iştirakçıların ümumi xərçəng riski nisbətlərini, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fiziki fəaliyyətlə əlaqəli olduğunu bildirdiyi xərçəngin 13 növünün icmallarını müşahidə ediblər.
Qeyd edək ki, bu araşdırmada xərçəngə yoluxan insanlar iştirak etməyib, qoşulan iştirakçıları fəaliyyətləri və hərəkəti ölçən, biləyə qoşula bilən cihazlar sayəsində izləyiblər.
Araşdırma zamanı iştirak edənlərdən boş vaxtlarında idman etməyən və orta hesabla həftədə bir dəfə yeriyənlərin orta ömür müddəti 62 yaş olaraq müəyyən edilib.
Belə ki, Sidney Universitetinin professoru və tədqiqatçısı Emmanuel Stamatakis, əvvəlki araşdırmaların idman etməyən insanların xərçəng riskinin daha yüksək ola biləcəyini ortaya çıxardığını və bu araşdırmanın "peşəkar olmayan intensiv idman formaları" üzərindən aparıldığını bildirib.
Stamatakis müsahibəsində, "Biz bilirik ki, orta yaşlı insanların çoxunun müntəzəm olaraq idman etməməsi onlarda xərçəng riskini artırır.
Lakin fiziki fəaliyyət izləyiciləri kimi texnologiyaların ortaya çıxması ilə qısamüddətli fiziki fəaliyyətin gündəlik həyata təsirini araşdıra bilərik", - deyə qeyd edib.
Bununla yanaşı, tədqiqatçı bildirib ki, ev işləri, sürətli yerimə və pilləkən qalxma kimi qısa müddətli fəaliyyətləri tədqiq edən araşdırmada onlar fiziki aktivliyin artması ilə sağlamlığa faydanın da artdığını qeydə alıblar.
Professor sözügedən fəaliyyətlərin çoxunun təxminən bir dəqiqə zaman aldığını ifadə edib.
Son olaraq, tədqiqat zamanı müayinə olunan insanlar arasında 2356 xərçəng xəstəliyi aşkarlanıb. Araşdırmanın nəticələri “JAMA Oncology” jurnalında dərc olunub.
Aysu Allahverdiyeva, Bizim.Media
- A-
- A
- A+
COP29
08:30 / 04.08.2023
Xərçəng riskini azaltmağın YOLLARI – “Gündə 4-5 dəqiqə kifayət edir ki...”
Hazırda oxunan: Xərçəng riskini azaltmağın YOLLARI – “Gündə 4-5 dəqiqə kifayət edir ki...”
Hazırda oxunan: Xərçəng riskini azaltmağın YOLLARI – “Gündə 4-5 dəqiqə kifayət edir ki...”
149307
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.