Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 980 yeni yoluxma faktı qeydə alınıb, 309 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bizim.Media-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 12 nəfər vəfat edib.
İndiyədək ümumilikdə 241 651 koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 231 370 nəfər müalicə olunaraq sağalıb, 3 298-i vəfat edib.
Aktiv xəstə sayı 6 983-dür.
Qeyd edək ki, yoluxma sayında kəskin artım son günlərin rekordunu qırıb.
Bununla bağlı Bizim.Media ölkənin Baş infeksionisti Təyyar Eyvazovla əlaqə saxlayıb.
Mütəxəssisin sözlərinə görə, karantin rejiminin növbəti dəfə sərtləşdirilməsi Nazirlər Kabineti yanında Operativ Qərargahdan asılıdır.
Bizim.Media
- A-
- A
- A+
COP29
13:47 / 16.03.2021
Koronavirusa yoluxmada rekord artım - Qapanmaya gedirik?
Hazırda oxunan: Koronavirusa yoluxmada rekord artım - Qapanmaya gedirik?
Hazırda oxunan: Koronavirusa yoluxmada rekord artım - Qapanmaya gedirik?
14905
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.