Koronavirusun yeni əlaməti – DİQQƏTLİ OLUN!

Koronavirusun yeni əlaməti – DİQQƏTLİ OLUN!

Hazırda oxunan: Koronavirusun yeni əlaməti – DİQQƏTLİ OLUN!

14809

Dil üzərində ləklərin olması dilin relyefində dəyişklərdən xəbər verir. Tibb mütəxəssisləri bunu korona əlaməti ola biləcəyi haqda xəbərdarlıq edirlər. Dildə olan bu ləkə coğrafi dəyişikliklərə səbəb olur və belə əlamət “coğrafi dil” adlanır.

Bu fikirləri Bizim.Media-ya professor Adil Qeybulla söyləyib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycana daha bir peyvənd gətiriləcək - ÜST Açıqladı


Bu “coğrafi dil” COVİD-19 üçün xarakterik bir xüsusiyyət ola bilər. Lakin “coğrafi dil” bir sıra xəstəliklərin də göstəricisi sayılır. Koronavirusa yoluxan şəxslər müayinələrdə olarkən bu əlamətləri də nəzərə almaq lazımdır.

Lakin bunlar COVİD-19-un spesifik xüsusiyyətləri sayılmır. Amma yanaşı əlaməti sayıla bilər.

Təbii ki, virus mutasiyaya uğrayır, öz xassəsin dəyişir. Bu prosesdə ortaya yeni əlamətlərin də çıxması təbii haldır. Koronavirus infeksiyasına yoluxan şəxslərdə  bu əlamətlər varsa diaqnostikada bu nəzərə alınmalıdır”.

Qeyd edək ki, tanınmış ingilis həkimi, Londondakı Kral Kollecinin professoru Tim Spektor, dildəki spesifik ləkələrin COVID-19 xəstəliyinin bir simptomu ola biləcəyini söyləyib.

Və bununla bağlı xarici media xəbərlr tirajlayıb. Həkim bu nəticəyə 4,5 milyondan çox insanın qeydiyyata alındığı ZOE Symptom Study tətbiqini istifadə edənlərin mesajlarına əsasən gəlib.

Gülşanə Mustafayeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO