“Son günlər havaların kəskin soyuqlaşması koronavirus pandemiyasının aktivləşməsinə səbəb ola bilər.
Yuxarı tənəffüs yollarının soyuqlaması bu virusun da geniş yayılmasına əla şərait yaradır”.
Bunu həkim-infeksionist Azər Bayramov Bizim.Media-ya açıqlamasında deyib.
MÖVZU İLƏ BAĞLI:
İnfarktın qurbanı olmamaq üçün bu əlamətlərə DİQQƏT!
O, bildirib ki, soyuq hava şəraitində insanlarda qrip xəstəlikləri baş qaldırır. Bu,şəraitdə insan həm daşıyıcı ola bilər, həm də 2-ci dəfə yenidən virusa yoluxmaq təhlükəsi var:
“Qara sevincək olub ehtiyatı əldən verməyin, sıx təmaslardan və yuxarı tənəffüs yollarının soyuqlamasından özünüzü qoruyun. Yaxşı olardı ki, belə havalarda bayırda çox qalmayasız”.
Gül Qədirli, Bizim.Media