Ölkəmizdə insanların sağlamlığına təsir edən əsas faktorlar hansılardır? – SORĞU

Ölkəmizdə insanların sağlamlığına təsir edən əsas faktorlar hansılardır? – SORĞU

Hazırda oxunan: Ölkəmizdə insanların sağlamlığına təsir edən əsas faktorlar hansılardır? – SORĞU

128652

Ölkə əhalisinin 52,2 faizi hesab edir ki, insanların sağlamlığına təsir edən əsas faktor qidaların keyfiyyətidir. 

Bizim.Media xəbər verir ki, bu Sosial Tədqiqatlar Mərkəzinin apardığı son sorğu nəticəsində məlum olub. 

Mərkəzdən bildirilib ki, vətəndaşların insan sağlamlığına təsir edən amillər barədə fikirləri öyrənmək məqsədi ilə respondentlərə “Sizcə, insanların sağlamlıq vəziyyətinə təsir edən əsas faktorlar hansılardır? sualı ünvanlanıb.
 

MÖVZU İLƏ BAĞLI:

11 dəqiqəlik sürətli gəzinti bu xəstəliklərin qarşısını alır - ARAŞDIRMA


Sorğuda iştirak edənlərin böyük hissəsi sağlamlığımıza qidaların çox böyük ziyan vurduğunu söyləyib. 

Sorğu nəticələrinə məlum olub ki, insanların sağlamlığına təsir edən ikinci mühüm faktor stress və gərginlikdir. Respondentlərin 36,6 faizi məhz bu cür düşünür. 

Sorğu nəticələrinə görə, hər üç nəfərdən biri - 34,5 faizi insanların sağlamlığına təsir edən əsas amil kimi dərman preparatlarının keyfiyyətini qeyd edib.

Bundan başqa  spirtli içki, siqaret istehlakı və digər zərərli vərdişlərin də sağlamlığımıza ziyan vurduğunu düşünənlər də az deyil. Bu cür düşünənlər 25,7 faiz civarındadır. 

Eyni zamanda ətraf mühit faktorları, bioloji amillər də insan sağlamlığına öz mənfi təsirini göstərməkdədir. Sorğu iştirakçıların 22,3 faizi insan sağlamlığına təsir edən əsas faktorlar kimi ekoloji vəziyyəti, 14,5 faizi fiziki hərəkətsizliyi, 6,5 faizi isə yaşlanmanı önə çəkiblər.


Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO