Oruc tutmaqla xərçəngdən sağalmaq mümkündür? – Onkoloqdan AÇIQLAMA

Oruc tutmaqla xərçəngdən sağalmaq mümkündür? – Onkoloqdan AÇIQLAMA

Hazırda oxunan: Oruc tutmaqla xərçəngdən sağalmaq mümkündür? – Onkoloqdan AÇIQLAMA

128273

Şübhəsiz, insan orqanizminin ən mühüm tələbatlarından biri də yeməkdir. Lakin nəzərə almaq lazımdır ki, yeməyə çox aludə olmaq nəinki xeyirli, əksinə, çox zərərlidir. 

Ramazan ayında isə insanlar dini ibadət olaraq, oruc tuturlar. Bir çox mütəxəssislər oruc tutmağın müxtəlif xəstəliklərin qarşısının alınmasında mühüm təsirinin olduğunu bildirirlər.

Bəs, oruc tutaraq xərçəngə qalib gəlmək olarmı?

Məsələ ilə bağlı həkim-onkoloq Rəna Niftəliyeva Bizim.Media-ya açıqlamasında qeyd edib ki, oruc tutmaqla xərçəngdən sağalmaq mümkün deyil:

"Aktiv onkoloji xəstəlikdən əziyyət çəkən və kimyaterapiya müalicəsi alan xətələrə oruc tutmağı məsləhət görmürük. Çünki xəstənin düzgün qidalanması, yuxu rejimi və bol maye qəbulu müalicə sırasında çox vacib faktorlar hesab olunur. Xəstələrin buna riayət etmələri olduqca vacibdir. Ümumiyyətlə, İslam dinində də xəstənin oruc tutması məsləhət deyil. Biz həkimlər olaraq, onkoloji xəstəlikdən əziyyət çəkənlərə oruc tutmağı məsləhət görmürük. Çünki onun immuniteti zəifləyir və bu da xəstəliyin inkişafına yol açır. Lakin 3-cü qrup onkoloji xəstəlikdən sağalan xəstələr həkimin icazəsi ilə oruc tuta bilərlər”. 

Ziya Yaqubzadə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO