Azərbaycanda daha 36 nəfər koronavirusa yoluxdu

Azərbaycanda daha 36 nəfər koronavirusa yoluxdu

Hazırda oxunan: Azərbaycanda daha 36 nəfər koronavirusa yoluxdu

125106

Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.

Bu barədə Bizim.Media-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, son sutkada infeksiyaya 36 yeni yoluxma faktı qeydə alınıb və koronavirusa yoluxmuş 35 nəfər isə sağalıb.

Qeyd olunub ki, həmçinin son sutka ərzində koronavirusdan 1 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 828 942 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 818 583 nəfər müalicə olunaraq sağalıb, hazırda 215 aktiv xəstə var. Bu günə qədər 10 144 nəfər vəfat edib.

Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 114, bu günə qədər isə ümumilikdə 7 541 312 test icra olunub.

Eyni zamanda, ölkədə son sutka ərzində 161 nəfər vaksinasiya olunub. Belə ki, gün ərzində birinci doza vaksinlərin sayı 70, ikinci doza vaksinlərin sayı 36 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 49-dur. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 6 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 951 443 olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO