“Koronadan sağalan şəxslərdə psixi-zehni pozğunluq yarana bilər” – EKSPERT

“Koronadan sağalan şəxslərdə psixi-zehni pozğunluq yarana bilər” – EKSPERT

Hazırda oxunan: “Koronadan sağalan şəxslərdə psixi-zehni pozğunluq yarana bilər” – EKSPERT

11899

Sosial şəbəkələrdə və media resurslarında vətəndaşların bir çoxunun koronavirusdan sağaldıqdan sonra bəzi problemlərlə üzləşdikləri haqda informasiyalar geniş yayılıb.

Bəs əslində vəziyyət necədir? Bunun doğruluğunu sübut edən hansısa əlamətlər varmı?

Sualları cavablandırmaq üçün infeksionist Sakit Hümbətovla əlaqə saxladıq.

O, Bizim.Media-ya açıqlamasında xəstəliyin patogenezində əsas rolu oynayan ACF 2 (Angiotenzin Çevirici Ferment) reseptorlarının olduğunu dedi:
 

MÖVZU İLƏ BAĞLI:

Karantində psixologiyanızı sağlam tutmaq üçün məsləhətlər


Onun fikrincə, bu reseptorlar hansı orqanların toxuma hüceyrələrində çoxdursa, həmin orqan daha çox zədələnir:

“Bu da insan fiziologiyasından asılıdır. ACF 2 reseptorları sinir toxumasındakı həssas sinir hüceyrələrini qidalandıran qliya hüceyrələrində, damarların divarında olan endotel hüceyrələrində, ağciyərdə olur.

Bu səbəbdən COVİD-19 xəstəliyindən sağalan şəxslərin sinir sistemi, psixi-zehni fəaliyyət pisləşir, autoimmun, revmatik və allergik xəstəliklər aktivləşir və ya ağırlaşır. Şəxsin əmək fəaliyyəti müəyyən dərəcədə pozulur”.

“Uşaqlarda ACF 2 reseptorları az olduğu üçün bu əlamətlər çox yüngül hallarda baş verə bilər” deyə o yekunlaşdırdı.

Gül Qədirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO