Mədəkiçiltmə əməliyyatlarında XƏRÇƏNG RİSKİ – Həkimdən AÇIQLAMA

Mədəkiçiltmə əməliyyatlarında XƏRÇƏNG RİSKİ – Həkimdən AÇIQLAMA

Hazırda oxunan: Mədəkiçiltmə əməliyyatlarında XƏRÇƏNG RİSKİ – Həkimdən AÇIQLAMA

117820

Çəki atmaq üçün həyata keçirilən mədəkiçiltmə, piylərin götürülməsi kimi əməliyyatlar sonradan xərçəng xəstəliyinə səbəb ola bilir. Xüsusilə, son dövrlər əhali arasında bu cür fikirlər geniş yayılıb.

Hətta bəzi məşhurların bu səbəbdən xəstələnməsi və dünyasını dəyişməsi ilə bağlı faktlar da bu fikri möhkəmləndirib. Artıq 10 ildir ki, Azərbaycanda mədəkiçiltmə əməliyyatı həyata keçirilir. Bu müddət ərzində 10 mindən çox insan üzərində bu əməliyyat aparılıb.
Doğrudanmı əməliyyat olunan insanlarda xərçəng xəstəliyinin yaranma riski var?

Mövzu ilə bağlı Bizim.Media-nın sualını həkim-cərrah, professor Adil Qeybulla cavablandırıb.

Həkim bildirib ki, cərahiyyə əməliyyatının xərçəng xəstəliyinə səbəb olması fikri absurddur: 

“Deyək ki, hər hansı şiş toxumasının yarımçıq götürülməsi, bir hissəsinin saxlanılması daha proqressiv inkişafına təkan verə bilər. Bu hal isə cərahiyyə əməliyyatlarının prinsiplərinə cavab vermir. Ona görə də hesab edirəm ki, cərahiyyə əməliyyatının xərçəngə səbəb olması fikri yanlışdır”.

Professor qeyd edib ki, mədəkiçiltmə əməliyyatı zamanı mədənin həcmi azaldığı üçün qida qəbulu azalır ki, çəkinin azalmasına səbəb də bu olur.

Qeyd edək ki, mədənin cərrahi yolla kiçildilməsi zamanı mədənin fundus adı verilən dib hissəsi əməliyyat nəticəsində çıxarıldığı üçün ifraz olunan iştah hormonunun səviyyəsi kəskin azalır, bu isə iştahanın azalmasına və tez doyma hissinin yaranmasına səbəb olur. 

Qidalanma üzrə mütəxəssislər hesab edir ki, xəstəliyin yaranmasına səbəb birbaşa əməliyyatların özü deyil, əməliyyat sonrası orqanizmin müqavimətinin azalması səbəb ola bilər.
Belə ki, orqanimzin zəifləməsi, immunitetin aşağ düşməsi insanda irsi meyilin olduğu xəstəliyin ortaya çıxmasına təkan verə bilər. 

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO