Artıq koronavirusa yoluxmuş xəstələrin tibbi maskalar taxması COVID-19-un ağırlıq dərəcəsini azalda bilər.
Bizim.Media xəbər verir ki, bu nəticəyə ABŞ Milli Səhiyyə İnstitutunun alimləri gəlib.
Onların tədqiqatı “Biophysical Journal”da dərc olunub.
MÖVZU İLƏ BAĞLI:
Norveç həkimlərindən yoluxmaya qarşı təklif - 2 maskanı üst-üstə taxın
Mütəxəssislər maskaların qəbul edilən havanın rütubətini əhəmiyyətli dərəcədə artırdığını və bununla da patogenin daxil olmasına cavab olaraq orqanizm hüceyrələri tərəfindən ifraz olunan zülalların, yəni interferonların istehsalını stimullaşdırdığını aşkar ediblər.
Bizim.Media