Onkoloji əməliyyatlar icbari tibbi sığortaya DAXİL EDİLDİ – ÖZƏL

Onkoloji əməliyyatlar icbari tibbi sığortaya DAXİL EDİLDİ – ÖZƏL

Hazırda oxunan: Onkoloji əməliyyatlar icbari tibbi sığortaya DAXİL EDİLDİ – ÖZƏL

115038

Onkoloji xəstəliklərin müalicəsinin icbari tibbi sığorta çərçivəsində həll olunması məsələsi uzun müddətdir ki, müzakirə olunur. Qeyd edək ki, onkoloji xəstəliklərlə bağlı xüsusi dövlət proqramı var və tələb çox olduğuna görə həmin xəstəliklə bağlı xərclərin Xidmətlər Zərfinə daxil edilməsi daha məqsəduyğun hesab olunur.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev də bir neçə dəfə açıqlamalarında onkoloji xəstəliklərin bu ildən Xidmətlər Zərfinə salınacağı ilə bağlı işlərin getdiyini bildirib.

Hətta bununla bağlı Milli Onkologiya Mərkəzi ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə işçi qrupu yaradılıb və işin öhdəsindən gəlmək üçün müəyyən hesablamalar aparılır.

Yalnız bu araşdırmadan sonra sözügedən xəstəliyin Xidmətlər Zərfinə salına biləcəyi netləşə biləcək. 

Bəs, hazırda bu istiqamətdə hansı işlər görülür və yeniliklər nədən ibarətdir?

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Bizim.Media-nın bu sorğusunu cavablandırıb. Qurumdan qeyd olunub ki, 2550 sayda tibbi xidməti əhatə edən Xidmətlər Zərfinə yeni tibbi xidmətlərin salınması ilə bağlı təkliflər irəli sürülüb. Bu tibbi xidmətlər siyahısına bəzi xoşxassəli şişlərin aradan götürülməsi üçün həyata keçirilən cərrahi əməliyyatların daxil edilməsi nəzərdə tutulub.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO