Həkimlərin sertifikasiya imtahanları bərpa OLUNUR

Həkimlərin sertifikasiya imtahanları bərpa OLUNUR

Hazırda oxunan: Həkimlərin sertifikasiya imtahanları bərpa OLUNUR

113389

Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin 26 dekabr 2022-ci il tarixindən texniki səbəblərdən təxirə salınmış sertifikasiya imtahanlarının 11 yanvar 2023-cü il tarixindən etibarən keçirilməsi bərpa edilir. 

Bu barədə Bizim.Media-ya Səhiyyə Nazirliyindən xəbər verilib.

Həmin tarixlərdə imtahanı təxirə salınmış şəxslərə yeni imtahan tarixləri və yenilənmiş imtahan buraxılış vərəqələri cari ilin yanvar ayının 9-da təkrar göndəriləcək. 

11 yanvar 2023-cü il tarixində keçiriləcək sertifikasiya imtahanında iştirakı nəzərdə tutulan şəxslər imtahan buraxılış vərəqəsində qeyd olunmuş ünvan və saatda sertifikasiya imtahanında iştirak üçün dəvət olunurlar.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO