Xərçəngin müalicəsi üçün YENİ EFFEKTİV ÜSUL hazırlanır

Xərçəngin müalicəsi üçün YENİ EFFEKTİV ÜSUL hazırlanır

Hazırda oxunan: Xərçəngin müalicəsi üçün YENİ EFFEKTİV ÜSUL hazırlanır

112807

Bəşəriyyətin hələ də qorxunc yuxusu olan xərçəng xəstəliyi hər il milyonlarla insanın canını almaqda davam edir. Bu zamana kimi müxtəlif kanspirologiyalar olsa da müalicə ilə bağlı konkret heç bir irəliləyiş əldə edilməyib.

Elmi tədqiqatların nəticəsi olaraq bildirilir ki, yaxın gələcəkdə xərçəng xəstəliyi adi xəstəlikırdən birinə çevriləcək.

Bizim.Media bu istiqamətdə aparılan axtarışların daha bir müsbət nəticəsi haqqında xarici mətbuata əsasən bəzi məlumatları hazırlayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Xərçəng xəstəliyinin effektiv müalicəsi üçün YENİ ÜSUL tapıldı


Araşdırmalardan biri sırf mədəaltı vəz xərçənci ilə bağlıdır.

ABŞ tədqiqatçılarının araşdırmalarına görə, üç müxtəlif növ immunoterapiyanın kombinasiyası mədəaltı vəzi (pankreas) xərçənginin ən ağır formalarının belə müalicəsində çox effektivdir.

Kombinasiya laboratoriya siçanlarının 90 faizinin ömrünü uzadıb, terapiyanın klinik sınaqlardan keçirilməsinə yol açıb.

Hyustondakı Texas Universiteti məlumat yayıb ki, ənənəvi olaraq, pankreas xərçəngi demək olar ki, immunoterapiyaya cavab vermir, lakin bizim testlərimiz göstərdi ki, immunoterapiyanın bir neçə formasının düzgün kombinasiyası seçildikdə onun hüceyrələri hücuma qarşı çox həssas olur.

Amerikalı tədqiqatçıların fikrincə, mədəaltı vəzi xərçəngi dünyada şişlərin ən çox yayılmış və eyni zamanda ölümcül formalarından biri olaraq qalır.

Hər il təxminən 460 min insana diaqnoz qoyulur və eyni zamanda, ilkin şişlər, metastazlar və neoplazmaların bu formasının inkişafı ilə əlaqədar ağırlaşmalardan hər il təxminən 432 min xəstə həyatını itirir. Orta hesabla şiş aşkar edildikdən beş il sonra xəstələrin yalnız 9 faizi sağ qalır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO