Azərbaycanda bu xəstəliklərin müalicəsi üçün dərmanlar İSTEHSAL EDİLİR  

Azərbaycanda bu xəstəliklərin müalicəsi üçün dərmanlar İSTEHSAL EDİLİR  

Hazırda oxunan: Azərbaycanda bu xəstəliklərin müalicəsi üçün dərmanlar İSTEHSAL EDİLİR  

112161

Azərbaycanda şirkətlərdən biri 11 adda dərman vasitəsinin istehsalına başlayıb. 

Bu barədə Bizim.Media-ya Tarif Şurasından məlumat verilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Dərmanların qiymətlərinə BU SƏBƏBDƏN yenidən baxılıb – Tarif Şurası AÇIQLADI


Qeyd olunub ki, artıq bir şirkət göbələk əleyhinə, şəkərli diabet, qan-damar sistemi və digər xəstəliklərin müalicəsində istifadə olunan 11 dərman vasitəsinin (“Fungipar”, “Diasmet”, “Rosapar” və s.) istehsalına başlayıb və hazırda həmin dərman vasitələri satışdadır. 

Bildirilib ki, digər istehsalçı tərəfindən isə şəkərli diabet xəstəliyində istifadə olunan “Diabeton MR” dərman vasitəsinin istehsalına başlanılmış və çeşidinin genişləndirilməsi, yeni istehsal sahələrinin təşkili ilə əlaqədar işlər aparılır. 

“Ümumilikdə dərman vasitələrinin istehsalının təşkili uzun müddət və maliyyə vəsaiti tələb edən mürəkkəb texnoloji prosesdir. İstehsalın təşkili bu sahədə ixtisaslaşdırılmış şirkətlər tərəfindən həyata keçirilməlidir. 

Hazırda yerli dərman istehsalının təşviqi və investorların cəlb edilməsi istiqamətində mütəmadi olaraq danışıqlar aparılır”, - Tarif Şurasından vurğulanıb. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO