"2022-ci ildə icbari tibbi sığorta çərçivəsində 40 milyondan çox tibbi xidmət göstərilib".
Bizim.Media xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova deyib.
O bildirib ki, cari ilin ilk 11 ayı ərzində dövlət tibb müəssisələrinə 4 354 632 şəxs 16 374 103 dəfə müraciət edib:
"Vətəndaşlara göstərilən tibbi xidmətlərin sayı isə 40 277 004 olub. Tibbi xidmətlərin 84%-i ambulator, 16%-i stasionar şəraitdə göstərilib.
Pasiyentlərin 33%-ni uşaqlar, 67%-ni isə böyüklər təşkil edib. Pasiyentlərin müraciəti əsasən ümumi tibbi müayinə, endokrin, qan dövranı, tənəffüs, həzm, sümük və əzələ sistemi və birləşdirici toxumanın xəstəlikləri, sidik-cinsiyyət, göz və gözün əlavə aparatının xəstəlikləri, sinir sistemi xəstəlikləri, habelə zədələr və zəhərlənmələrlə bağlı olub". (medicina.az)
Bizim.Media
- A-
- A
- A+
COP29
07:29 / 22.12.2022
Azərbaycanda insanlar ən çox hansı xəstəliklərdən əziyyət çəkir?
Hazırda oxunan: Azərbaycanda insanlar ən çox hansı xəstəliklərdən əziyyət çəkir?
Hazırda oxunan: Azərbaycanda insanlar ən çox hansı xəstəliklərdən əziyyət çəkir?
110959
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.