“Xüsusi karantin rejimi qüvvədə olduğu müddətdə valideyn əyani dərsdən imtina ilə bağlı iltizam forması yazmalıdır”.
Bizim.Media-nın məlumatına görə, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Vəfa Yaqublu deyib.
MÖVZU İLƏ BAĞLI:
X-XI siniflər nə vaxt məktəbə gedəcək? - Nazirlikdən AÇIQLAMA
O bildirib ki, nadir hallarda sinif iltizam forması imzalayır, belə halda məktəb səviyyəsində həmin müəllimin bütün dərsləri virtual keçməsi barədə qərar verilə bilər:
“Bu məsələ müəllimlə, valideynlə müzakirə olunaraq, hər bir tərəfin razılığı ilə qərar veriləcək”, - deyə V.Yaqublu əlavə edib.
Bizim.Media