"Dünya ədəbiyyatında “odnorazıviy" tendensiyası hökm sürür"

Hazırda oxunan: "Dünya ədəbiyyatında “odnorazıviy" tendensiyası hökm sürür"

118020
Moderator.az-ın suallarını yazıçı - jurnalist Azər Qismət cavablandırır.xa0



- Azər müəllim, özünüzü necə hiss edirsiniz?

- Havalar soyuqdur. Xoşum gəlmir soyuqdan. İsti yerdə doğulduğumdan soyuq - ruhumun da başını havalandırır. xa0

- Oxuculara və sizi sevənlərə özünüzü necə təqdim edərdiniz?

- Sadəcə Azər Qismət.xa0

- Yazmağa nə vaxtdan başlamısınız?

- İlk ədəbi yazım sırf həsəd aparmaqdan yaranıb. Həsəd aparmışam və yazmışam. Orta məktəbdə oxuyanda. Atam tikinti idarəsində böyük vəzifə tutduğundan onlara qəzet və jurnalları abunə etdirirdilər. O da “Sovetskiy sport”x9d, “İnşaatçı”x9d qəzeti, “Elm və həyat”x9d jurnalını evə gətirirdi, mən də oxuyurdum. Bir dəfə məktəbdə “Azərbaycan pioneri”x9d jurnalını görüb vərəqlədim. Gördüm ki, orda bir oğlanın hekayəsi çıxıb. İnanın ki, o oğlana elə həsəd apardım. Hətta sonuncu dərsin qurtarmasını gözləyirdim ki, evə çatan kimi mən də nəsə yazım. Evə çatana qədər beynimdə ilk hekayəm üçün mövzu tapdım. Deməli, sinif otağında bir oğlan bir qızı sevir və onun dərsi öyrənmədiyini bilib yaxınında əyləşir, tez ev tapşırığını yazır. Müəllim də qızın dəftərini yoxlayanda bir səhv tapır və “3”x9d yazır. Qız elə bilir ki, oğlan qəsdən səhv edib ki, qız kafi qiymət alsın. Bir sözlə qızla-oğlanın sevgisi baş tutmur. Bununla da nakam sevgi yaranır. Doğrusu istədim sonluğu yaxşı bitirim, bunları qovuşdurum. Sinfimizdə bir qız dedi ki, sonluğu ağlamalı qurtar. Həmin hekayəni Bakıya ”“ jurnal redaksiyasına göndərdim. Dərc etmədilər. Yazdılar ki, şagirdə belə hekayə yazmaq yaraşmaz. Atam məni rayonumuzdakı bir həkimin yanına apardı.

- Psixiatra?

- Yox. (gülür). Atam onu həm həkim, həm də ədəbiyyatdan başı çıxan adam kimi təqdim etdi. Onun yanına gedəndə ürəyimdə arzulayırdım ki, bircə bir məsələ baş tutmasın. xa0İçəri girib yazdıqlarımı ona verdim. Bu zaman yolda gələ-gələ ürəyimdə düşündüyüm baş verdi. Həkim dedi ki, yazdıqlarından birini hündürdən oxu. Dedim “bəlkə, verim evdə oxuyub fikrinizi deyəsiniz?!”x9d. Razılaşmadı. Və onda mən həyatımda ilk dəfə hekayəmi oxumaqla atamla aramdakı həya pərdəsini götürdüm. Əslində, elə də mübhəm heç nə yazmamışdım. Sadəcə, “Həyatın astanasında”x9d adlı hekayəmdə oğlan sevgisini qıza izhar etmək üçün üzündən öpmüşdü. Məsələ burasındadır ki, 2 dəfə öpmüşdü. Birinci dəfədə oxumayıb üstündən keçdim, ikinci dəfə isə oxumağımdan və həkimin fizionomiyasındakı razılıqdan elə cuşa gəlmişdim ki, oğlanın qızı ikinci dəfə öpməsini gizlətməyi unutmuşdum. Bir də onda ayıldım ki, hər ikisi də gülürlər.xa0

- Sonda yaradıcılığınızın ilkin dönəmləri barədə həkimin rəyi necə oldu?

- Dedi ki, get güldən, bülbüldən yaz. Yox, ciddi sözümdür. Məhz belə də dedi. xa0

xa0- İlk yazdığınız əsər, hekayə, yaxud roman necə adlanıb və nə vaxt ərsəyə gəlib?

- Ciddi şəkildə ilk hekayəm “Ağ telefon”x9d adlı hekayə oldu. Yəni, “Azərbaycan pioneri”x9d jurnalına göndərdiyim, ya da “Həyatın astanasında”x9d tipli ilk cızma-qaraları nəzərə almasaq. Yazırdım, sonda qəsdən partanın üstündə unudurdum ki, qızlar oxusunlar. Sonra sinif otağına girəndə baxışlarından tuturdum ki, oxuyublar.xa0

- Yəqin məhəbbət səhnələrini daha çox yazırdınız?

- Elə yerlər olmasa kim idi oxuyan. Belə baxanda onda ciddi nəsə yaza bilmirdim. Tələbəlik vaxtı yazmışdım. Kirayə qaldığım evdə ağ telefon var idi. Ona baxdım və təsvir etdim ki, indi nə qədər insan telefonun dəstəyini götürmür. Hekayə elə də davam edirdi. Telefon zəng çalır, oğlan elə bilir ki, sevdiyi qızgilə zəng çalır, sən demə səhvən xəstə qadını yığırmış. O da yataqdadır və qalxıb telefonu götürə bilmir. Oğlan elə bilir ki, qıza nəsə olub və yağışın altında qızgilin evinə doğru qaçır. Ardını yazmadım ki, qoy oxucuya tapmaca kimi qalsın. O vaxtlar kinolarda görmüşdüm ki, sonunu tapmaca kimi bitirirlər. Mən də qoşuldum onların cərgəsinə. (gülür). Sonra başqa evə kirayə köçəndə o hekayəni itirdim. Amma xa0indi oturub düşünəndə o hekayənin itməsinə təəssüflənmirəm. Çünki indiki ağlımla oturub düşünürəm ki, zəif bir şeymiş. İtirdiyim yazılar içində təkcə təəssüf hissi keçirdiyim bir hekayə olub. Adı “Musiqili adam”x9d idi. O vaxtlar “Yeni Azərbaycan”x9d qəzetinin ədəbiyyat əlavəsində dərc edilmişdi. Sonra qəzeti də itirdim. Redaksiyaya getdim axtardım, tapılmadı. Axundov adına kitabxanaya getdim, qəzetin bütün saylarını axtardım, məhz o nömrəni tapmadım.xa0

- İndi həmin hekayəni yaza bilməzsiniz?

- Yazaram, süjet xətti yadımdadır. Amma əvvəlki ruhla yazılmayacaq.

xa0- Bəs, ən axırıncı yazdığınız nəsr nədən bəhs edir və necə adlanır?

- Sonuncu yazdığım “Çuğullar”x9d romanıdır. Qurtarmışam. Sadəcə, neçə aylardır ki, redaktəyə başlaya bilmirəm.

- “Çuğullar”x9d nə deməkdir?

- Xəbərçilər. Əvvəllər xəbərçilərə çuğullar deyərdilər. Uşaq olanda bu sözü eştmişdim. Artıq arxaik söz kimi tarixə qovuşub. Yalnız hərdən yaşlı nəslin nümayəndələrindən eşidirəm.

xa0 - Axırıncı əsəriniz xa0digərlərindən nə ilə fərqlənir?

- Bu əsər digərlərindən özünün sərbəstliyi ilə seçilir. Elə əsərdir ki, mövzudan kənara çıxmaq və ədəbi çərçivələri nəzərə almamaq da olur. xa0 xa0


xa0- Oxucu kütlə hər hansı bir yazıçının romanını oxuyanda birinci nəyə fikir verməlidir?xa0

- Baxır oxucuya. Oxucu var ki, təsvirə daha çox fikir verir. Məsələn, saatlarla Markesin təsvirlərini oxuyuram. Və bundan zövq alıram. Oxucu var ki, süjet xəttini əsas götürür. Oxucu da var ki dialoqları oxuyur, qalanlarına baxmır. Əvvəllər düşünürdüm ki, oxucu maarifləndirici nəsə götürməlidir. İndi əksini fikirləşirəm. Oxucu nəyi istəyir götürsün. Təki kitab oxusun. Pis xislətli adamdırsa pis şeyi götürəcək. Yaxşıdırsa, yaxşını götürəcək. Burda yazıçı üçün əhəmiyyət daşıyan odur ki, onun əsəri oxunur. Daha nə götürmək onluq deyil. xa0xa0

- Eyni zamanda romanın maraqlı olması üçün yazıçı nə etməlidir?xa0

- Maraqlı etmək üçün həyat təcrübəsi olmalıdır. Cəmiyyət arasına çıxmayıb fantaziyası əsasında yazırsa, o əsərin ömrü uzun olmayacaq. Sevgi dialoqları “sənə göydən ulduz dərim”x9ddən o yana getməyəcək ki, bu da gülüş doğuracaq. Yazıçı bir pis tendensiyadan uzaqlaşmalıdır. Çox təəssüf ki, bu tendensiya son vaxtlar əksər yazıçılar arasında hökm sürür. O da ondan ibarətdir ki, əvvəlkilərdən fərqli olaraq indiki yazıçıların öz əsərlərini dəfələrlə redaktə etməyə səbrləri çatmır. Elə bir dəfə kimdənsə xahiş edilir ki, əsərimi redaktə et. Özünün isə arzusu odur ki, redaktə qurtaran kimi tez onu dərc etsin, o birilərindən geri qalmasın. Bax bu əksər yeni yazıçılarımızın faciəsidir. Bu əsərlərə “gündəmi tutan əsərlər”x9d deyilir, daimi yox.xa0

- Nəsr, ya şeir. Daha çox hansına üstünlük verirsiniz?

xa0- Nəsr.xa0

xa0- Sizcə, bir roman yazmaqla tanınmış yazıçı olmaq olarmı?

- Olur. Firdovsini əsasən hansı əsərdən tanıyırıq? “Şahnamə”x9ddən.

xa0- Kitab oxumağı sevirsiniz?xa0

- Birinci cümlə nəzərimi cəlb edirsə sonacaqn oxuyuram. Ruhuma uyğun gəlməyəni, maraqlı olmayanı atıram bir kənara.

xa0- Axırıncı dəfə oxuduğunuz kitab hansıdır?

- Sonuncu dəfə oxuduğum kitab Tolstoyun "Hacı Murad" əsəridir.

- Gənc yazarlardan kimləri oxuyursunuz?

- Aqşin Yenisey, Qan Turalı, Mirmehdi Ağaoğlu, Şərif Ağayar, Pərviz Cəbrayıl, Günel İmran və sair. Kimin kitabı çıxırsa oxuyuram. Hərəsinin özünün bir üslubu var. Unutduqlarım oldusa, inciməsinlər. Hamını oxuyuram.

- Siz hər hansı bir əsər, yaxud konkret bir obrazla bağlı ideyanı haradan götürürsünüz?xa0

- Həyatdan. Maraqlı qəhrəmanlar çoxdur. Sadəcə, müşahidə qabiliyyəti güclü olmalıdır. Hərdən də özümdən düzəldirəm o qəhrəmanı.

- Hadisə və ya ideya ilə rastlaşmaq üçün mətbuatı izləyirsinizmi? Axı indi elə qəribə xəbərlər oxuyuruq ki, işləsən, bəlkə də bir əsərdir”¦

- Hər xəbəri əsərə çevirmək də hər yazıçının işi deyil. Hər gün oxuyuruq ki, kimsə kimisə öldürdü, evinə soxuldu, qardaş bacısını qətlə yetirdi. Xəbərin qeyri-adiliyi də əsas şərtdir. Nabokov bir qəzet xəbərini böyük “Lolita”x9dya çevirə bildi. Mövzunun özü də maraqlı idi. Xəbərə əsasən 50 yaşlı Frenk Lassal Nyu-Cersidən olan 15 yaşlı Salli Horneri qaçırıb. Nabokovun qəhrəmanı kimi o da Sallini hamıya özünün qızı kimi təqdim edirmiş. Halbuki, 50 yaşlı mexanik qızı yaşında olan gözələ vurulubmuş. Onu o qədər sevib ki, evlərinə buraxmaq istəməyib, yanında saxlayıb. Bu kriminal xəbər sonra məşhur “Lolita”x9d əsərinə çevrilib. Bir yaşlı kişinin həddi-buluğa çatmayan qızı sevməsi hər dövrdə maraqla qarşılanır. Özü də nəzərə alsaq ki, bu xəbər necə gözəl ustalıqla qələmə alınmaqla dövrlərin məşhur əsərinə dönüb.

- Ümumiyyətlə, yaxşı roman yazmaq üçün yazıçıya birinci növbədə nə lazımdır?xa0

- Yazıçının özünün bir mifi olmalıdır. O, cəmiyyətdə öz yerini tutmayıbsa, maraqlı açıqlamalarla çıxış etmirsə, hər hansı situasiyada vəziyyətdən çıxış üçün ağıllı fikirlər sərgiləmirsə, oxucu onun kitabını oxumayacaq. Əgər söhbət bizim oxucudan gedirsə. Bir də bizim ölkədə yazıçı barədə mif yaradılmasa, onun kitabı oxunmayacaq. Bir də görürsən hansısa yazıçı barədə söhbət düşəndə deyilir ki, dahi yazıçıdır. Soruşanda ki, “hansı səsərini oxumusan”x9d, sadalaya bilmir. Yazıçı özünə sual verməlidir: Onda nəsə maraqlı olan bir nəsnə varmı? Nocel Vots deyirdi ki, yazıçıya əsasən 2 şey lazımdır: fədəkarlıq və stimul.xa0

- Oxucunun zövqünə görə yazmaq lazımdır, yoxsa yazıçı öz üslubunda yazsa daha yaxşı olar?xa0

- Öz üslubunda yazsa yaxşı olar. Əgər pul qazanmaq istəyirsə adamların düşündüyünü, görmək istədiyini yazsın. Əgər bütün dövrlərin yaxşı yazıçısı kimi xarakterizə olunmaq istəyirsə, öz üslubunda yazmalıdır. Əvvəlki oxucu zövqü ilə yazmaq lazım olsaydı, bunu edərdim. İndiki əksər oxucular istəyər ki, pis-pis mövzulardan yazasan, özü də çılpaqlığı ilə. (gülür). xa0

- Özünüzü tanınmış yazıçı hesab edirsiniz?

- Tanınmış yox. Amma deyilənə görə maraqlı yazıram.xa0

- Mənim bir tanışım var bu yaxınlarda dedi “Mən, heç vaxt şair, jurnalist, rəssam, yazıçı tipli adamlarla evlənmərəm. Yaradıcı adamla evlənmək hər qadının işi deyil”x9d. Bəlkə əhli-kef və o qədər də məsuliyyətli olmadıqlarına görə. Buna münasibətiniz və fikiriniz necədi?

- Şair və yazıçılarla yaşamaq ona görə çətin deyil ki, içirlər, ya hal əhlidirlər... Ona görə ki, onlara stimul verən qadınlar azdır. “Qadın”x9d deyəndə həyat yoldaşını nəzərdə tuturam. O, yazıçını anlamalıdır, onun dünyası ilə oturub-durmalıdır. Belə muzanı günün günorta çağı çıraqla axtarırlar. Məsuliyyətə qalınca, şair və yazıçılar günün məsuliyyəti ilə yaşayırlar. Amma gələcək barədə hər şeyi taleyin ümidinə buraxırlar. Çünki nəsr adamları bu günlə yaşamağı sevirlər. Gələcəyi düşünmək dərin qatlara enmək deməkdir ki, bu da üzdən gedən nəsr adamları üçün deyil. xa0 xa0 xa0

- Sizi necə təqdim etməyi istərdiniz, tanınmış yazar, yoxsa kifayət qədər tanınan yazıçı?xa0

- Sadəcə, yazıçı-jurnalist.xa0


-Yaxşı əsər yazıb ortaya çıxarmaq üçün yazıçıya nə qədər vaxt lazımdır?xa0

- Çox az zaman lazımdır. Çox fikirləşsə, hər cümlənin üstündə əssə o əsər tutmayacaq. Jurnalistikada belə bir qəribə tendensiya mövcuddur. Süjet üzərində nə qədər çox çalışırsansa, tutmur. Amma efirə 15 dəqiqə qalıbsa və sən çəkilişdən indi qayıtmısansa, bunu çatdırmalısan. Bax o material yaddaqalan olur və maraqlı çıxır. Çünki qısa zaman ərzində beyin yaxşı işləyir. xa0


- Gənclər niyə kitabxanaları ziyarət etmir? Gənclərimiz niyə kitab oxumaqdan qaçırlar? Hətta saatlarla kompüter arxasında oturmağı kitab oxumaqdan üstün tuturlar”¦xa0

- Bir dəfə bu sualı bir gəncə verdim. Dedi yazı-pozu adamlarının kitab oxuması normaldır, bu pis qarşılanmır. Amma yazı-pozu ilə məşğul olmayan gənclərin kitab oxuması öz aralarında rişxəndlə qarşılanır. Həm də kitabxanaların özündə yeniləmə işləri aparılmalı, kreativ ideyalar tətbiq edilməlidir. Belə deyim də. Xarici ölkələrdə kitab kafelər fəaliyyət göstərir. Orada həm çay-qəhvə içirsən, həm siqaret çəkə-çəkə kitab oxuyursan. İndiki gənclərin bizim kitabxanalarda saatlarla oturub, özü də dinməz-söyləməz, heç kimə mane olmadan mütaliə etməsi mümkündürmü? Mümkün deyil. Kitab oxumaqdan zövq alınmalıdır. Adamlar komfort istəyirlər. Kitabda dramatik bir yerə çatırsan, həmin yerdə könlündən bir çay keçir, o isə yoxdur.xa0

- Yazıçılıqla sevərək məşğul olursunuz, yoxsa maddi maraq üçün yazırsınız?xa0

- Sevərək. Bundan zövq alıram. O başqa məsələdir ki, yazdığın kiminsə xoşuna gəlir, ya yox. Əsas odur ki, müəllif hər yazdığı əsəri balası kimi sevməlidir. O, ilahi missiyanı yerinə yetirir. Özündən qəhrəmanlar icad edir, onlara ruh verir, danışdırır, öldürür və sair. xa0xa0

- Oxucularla ünsiyyətdə olmaq sizin üçün nə dərəcədə önəmlidir?

- Oxucularla ünsiyyət qurmaq yazıçını öz işindən sapındıra bilər. Bu yeni yazanlara aiddir. O, oxucularının təsiri altına düşər, onların marağına uyğun yaza bilər. Oxucularla qocalandan sonra ünsiyyət qurmaq yerinə düşər. xa0xa0

- Sizcə, insan öyrənə-öyrənə adam ola bilər?xa0

- Bəzən deyirlər ki, quyunun özündə də su olmalıdır. Bu fikirlə razıyam. Lakin hər oxuyan adam olmur. Alimlər tanıyıram ki, öz ixtisasını gözəl bilir, ancaq ağzını açanda zəhər püskürür. Bir böyük kollektivi işdən qovar “uf”x9d deməz. Yazıçılar arasında da adamlığı olmayanlar var. Yazdıqlarından da kin-kidurət yağır. Ruhu yoxdur o əsərlərin, səmimi deyil. Oxucu kitabın səhifəsini bircə dəfə iyləməklə bunu duyur (gülür).xa0


xa0- Xalqın Yazıçısı ya Xalq Yazıçısı olmaq daha yaxşıdı?

- Xalqın yazıçısı olmaq hələ “xalq yazıçısı”x9d olmaq anlamına gəlmir. Xalq çox şey istəyə bilər. Onların istədiyini yazmaqla böyük ədəbiyyat yaratmaq olmaz. Məncə, “Xalq yazıçısı”x9d adı uğursuz seçilmiş addır. xa0

- Bu gün böyük və görkəmli şair və yazıçılarımız tənqid olunur, hətta onları lağa qoyub yaradıcılığını bəyənməyənlər də var. Buna münasibətiniz necədi? O insanlara haqq qazandırmaq olarmı?

- Onsuz da onlar bir-iki il keçəndən sonra həmin yazıçıları qəbul edirlər. Sadəcə, gənc olanda adama elə gəlir ki, Nobel mükafatı laueratı olmaq onluqdur. Belə bir daxili güc bütün yazıçılarda hərədə bir yaş dövüründə baş qaldırır. İllər keçdikcə yaradıcılığının hansı həddə olmasını ölçür. Ona görə də bəzi yazarlarımız o halda yaşlı yazıçıları qəbul edirlər ki, artıq daxillərindəki istedadın parametrlərini bilirlər. xa0

- Onlar, yəni böyük şair və yazıçılarımız Azərbaycan ədəbiyyatında böyük iz qoyub getdilər bəs onları bəyənməyənlər, tənqid edənlər nə ilə yadda qalacaq?

- Ancaq tənqidlərlə. Heç onlar da bir tənqid deyil, qisas sözləridir, yanğını çıxarmaqdır. Məzmunu dərin deyil.xa0
xa0
- Gənc yazıçıların sayı həddindən artıq çoxdu, hətta bir neçəsinin kitabı işiq üzü görüb, bəzi kitabların üzünü açar açmaz insanın hətta ürəyi bulanır... Səviyyəsiz yazarlar çoxalıb, ya yaza bilmirlər?

- Deməzdim səviyyəsiz. Sadəcə, onlar da ədəbiyyatı belə görürlər. Mən də sizin kimi, birinci cümlədən tuturam ki, müəllif özü barədə fikir söyləyib: “Mən yazıçı deyiləm”x9d. İndi bütün dünya ədəbiyyatında “birdəfəlik”x9d (odnorazıviy) tendensiyası hökm sürür. Stəkan, qab, iynə necə “birdəfəlikdisə”x9d, ədəbiyyat da o kökə düşüb. Adamların səbri yoxdur. Ədəbiyyat da “birdəfəlik”x9d əşyaya çevrilib. Yeni əsər bir dəfə oxunub atılır. Ancaq bu müvəqqəti xarakter daşıyır. Bu gün üçün belədir. Vaxt gələcək yaşlı yazıçılarımızın əsərləri yenə gündəmdə olacaq. Müvəqqəti dövrdür. Ancaq bu dövrə aldanıb “birdəfəlik”x9d əsər yazanlar bilsinlər ki, yaxın gələcəkdə o əsərlər makulaturadan başqa bir şeyə yarımayacaq. xa0xa0

- AYB-nın üzvüsüz? AYB-da bu gün baş verən hadisələrə məsələn: istefalara, qovulmalara münasibətiniz necədi?xa0

- AYB-nin üzvüyəm. Orada baş verənlərlə hərdən maraqlanıram. Kimsə qovulursa halına yanmıram. Heç o adam da buna yanmasın. AYB-ni çox istəyirəm. O bina sanki fen-şuy qaydaları ilə tikilib. İçində özümü rahat hiss edirəm. xa0 xa0

- Xoşbəxtlik sizin üçün nədir? Ümumiyyətlə, özünüzü xoşbəxt insan hesab edirsiniz?xa0

-Qismən.xa0

- Sizin ən çox bəyəndiyiniz pis cəhətiniz hansıdır?

- Xoşladığım pis cəhət odur ki, özümü sadəlövh aparıb qarşımdakı adamın haracan gedəcəyini müşahidə edirəm. Bu xoşuma gəlir.xa0
xa0
- Qəhrəmanınız kimdir?

- Leonardo da Vinçi.

- Ən çox sevdiyiniz heyvan...

- Kirpi. Onun həyat tərzi çox xoşuma gəlir. Sakitdir, görünməzdir, həm də sevimlidir. Lazımi anda yox olmağı bacarır.

xa0- Həyat fəlsəfənizi hansı şüar ifadə edir?xa0

- Nə olursa, belə məsləhətdir.

- Gənc yazıçılara tövsiyələriniz və məsləhətləriniz.

- Həmişə yazsınlar. Tez-tez yazanda qələm korşalmır, beyin yaxşı işləyir, ortaya maraqlı əsər çıxır. Yeni əsər yazmağı hala kökləməsinlər. xa0

- Gələcək fəaliyyətinizdə sizə uğurlar arzu edirəm və bir daha xoş və səmimi söhbətə görə təşəkkür edirəm.

-Siz sağ olun.xa0

Leyla Namazova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO