Əyyub və Sənəm dastanı...

Əyyub və Sənəm dastanı...

Hazırda oxunan: Əyyub və Sənəm dastanı...

114505
AMEA Folklor İnstitutunun doktorantı, AJB və AYB-nin üzvü, tədqiqatçı-publisist Cəmilə Çiçəyin (İsbəndiyarova) qələmə aldığı “Əyyub və Sənəm”x9d xa0dastanını təqdim edirik:


I Hissəni buradan oxumaq olar--- xa0 xa0moderator.az/news/111583.html

II Hissəni buradan oxumaq olar--- xa0 moderator.az/news/113082.html

III Hissəni buradan oxumaq olar--- moderator.az/news/114218.html


Səhərlər hamının üzünə xeyirə açılsın. Səhər açıldı. Elçilər yola düşdülər. Məktubu Kamil götürmüşdü. Onlar qız evinə çatanda gecədən xeyli keçmişdi. Qonaqları Reyhan xanım qarşıladı. Əri iş dalınca Bakıya getmişdi. Reyhan xanım elçiləri tanıyan kimi qaş-qabağını tökdü. Bir kəlmə ağızlarını açmamış dilləndi:xa0
”“ Mənim sizə veriləsi qızım yoxdu. Necə gəlmisiniz, elə də çıxın gedin. xa0
Elçilərdən yaşlı bir kişi dilləndi:xa0
”“ Bacı, biz zorla qız almağa gəlməmişik, elçiyə zaval yoxdur, vermirsiniz, bu sizin öz işinizdi. Nəzərə alın ki, biz qonağıq.xa0
Cavabı evin kişisindən gözləyirik, gedək, kişi gələndən sonra gələrik.
Elçilər çox yalvar-yaxar elədi ki, iki sevəni ayırmaq olmaz. Reyhan xanım Nuh dedi, peyğəmbər demədi. Hikkəli-hikkəli: “Kişinin də, mənim də son sözümüzü sizə dedim, söz güləşdirməyin, vəssalam”x9d. Elçilər kor-peşman ayağa qalxdılar. Kəlbəcərə qayıtmaq üçün küçəyə çıxanda gecə yarıdan adlamışdı, bir oğlan uşağı xəlvəti elçilərdən birinə yanaşıb: “Bu məktubu Əyyuba verin, Sənəm yazıb”x9d, ”“ dedi.
Elçilər qayıdıb vəziyyəti Əyyuba olduğu kimi nağıl elədilər. Söhbətdən əvvəl o, məktubu oxumuşdu. Ona görə də bu xəbər Əyyubu çox narahat etmədi. Sənəm yazırdı ki, yenə elçi göndər. “Yox”x9d sözündən sonra məni qaçırarsan. Bir neçə gündən sonra başqa adamlar ikinci dəfə qız evinə elçiliyə gəldilər. Onları qızın atası Həsən müəllim qarşılayıb evə dəvət etdi. Qonaqlar otağa keçib əyləşdilər. Bu arada Əyyubun məktubunu gətirən elçi fürsət tapıb onu Sənəmə verə bildi. Reyhan xanım heç bir söz danışmırdı. Söhbət açılanda Sənəmin atası dedi:
”“ Mənim cavabımı o gün Reyhan sizə deyib. Bu barədə danışmağa ehtiyac görmürəm.xa0
Elçilər çay içmədən evdən çıxdılar və Kəlbəcərə qayıtmaq üçün yenidən yola düşdülər. Həmin gecə Sənəm öz otağında ağlaya-ağlaya Əyyubun məktubunu oxuyurdu:
xa0
xa0
Canan hüzuruna gedən məktubum,xa0
Verərsən canımı canana məndən.xa0
Məhəbbətin öz diliylə salam de,xa0
Zülfünün görkəmi peşmana məndən.xa0
xa0
Yollar uzaq düşdü, uzandı aram,xa0
Getməyə-gəlməyə hələ naçaram.xa0
Deynən, sənə sənsiz elə yanaram,xa0
Alovlar yayılar hər yana məndən.xa0
xa0
Demə əhdin-etibarın azaldı,xa0
Özün bilmirsənmi halım nə haldı?xa0
Məndən yaxşılara yaxşı nə qaldı,xa0
İndi də nə qala yamana məndən?!xa0
xa0
Məni yaman bilib, o yamanlasa,xa0
Yaman olmaz yaman Haqdan olmasa.xa0
Əyyub yada düşsə, anan danlasa,xa0
Üzrxahlıq elə anana məndən.xa0
xa0
Sənəm Əyyubun özü ilə danışırmış kimi ona belə bir cavab yazdı:

xa0İstisudan gələn məktub yetişdi,xa0
Canı da gətirdi canana səndən.xa0
Salam dedi məhəbbətin diliylə,xa0
Özü sənsiz qalan peşmana səndən.xa0
xa0
Adınla bəzənib könlüm sarayı,xa0
Yolunu gözlərəm baharı, yayı.xa0
Kəlbəcərdə oda yanma havayı,xa0
Gəliş gözləyirəm bu yana səndən.xa0
xa0
Bülbül qondu gülə, fikrim dolandı,xa0
Unutdum məktubu, can oda yandı.xa0
Anam oxuyanda üzüm utandı,xa0
Məndə belə qaldı nişana səndən.xa0
xa0
Təkcə gəlsən, cüt qayıdıb gedərsən,xa0
Mənə yaxşı ad qoymusan ”“ Sənəm, sən.xa0
Ha yalvarıb üzrxahlıq eləsən,xa0
Tez gəl ki, gen düşər bu sona səndən.xa0
xa0
Reyhan xanım qızına baş çəkmək üçün onun otağına gəlmişdi. Gözü yaşlı Sənəm yatmışdı, məktub çarpayının qarşısında yerə düşmüşdü. Məktubu götürüb öz otağına qayıtdı. Əri ilə məktubu oxuyub, vəziyyətdən çıxmaq üçün məsləhət-məşvərət elədilər. Qərara gəldilər ki, qızı dükançı Əlinin oğlu Heydərə versinlər. Heydərin anası br neçə dəfə Reyhan xanıma demişdi ki, Həsən müəllimə məsələni bildir, elçi gələk. Həsən müəllim arvadına tapşırdı ki, denən qızı istəyirlər, bu işi tezləşdirsinlər. Reyhan xanım Sənəmin otağına qayıtdı. Götürdüyü məktubu qızın çarpayısının qarşısına qoyub ərinin tapşırığını yerinə yetirməyə getdi.
Bunlar burada qalsın, indi görək Əyyubun başına nə gəldi. Sənəmdən məktub almışdı. Qız məktubun sonunda yazırdı ki, gəl məni qaçır, məni başqasına verirlər. Məktub poçtla gəldiyindən aradan bir həftə keçmişdi. Əyyub iki dostu ilə Biləsuvara yola düşdü. Deyiblər ki, sən saydığını say, gör fələk nə sayır!xa0
Reyhan xanım Əlinin evində Heydərə tədbir tökdü ki, etibar etdiyin dostlarından bir-iki nəfər bacınla götürüb qızı Bakıda yaşayan qohumlarından birinin evinə apar. Heç nədən narahat olma. Həmin gün deyilən vaxt Heydər Sənəmi zorla qaçırdı. Əyyubgil rayona gecə saat 11-də çatdılar. Tələbəlik dostu Ədalətin evinə düşdülər. O, gəlişinin səbəbini Ədalətə danışdı. Ədalət dedi ki, yol sizi yorub, yatıb dincəlin, səhər bacım Ceyran gedib Sənəmi evdən çıxarar. Siz də götürüb gedərsiniz. Bununla da iş qurtarar.
Səhər Ceyran Həsən müəllimin evindən bəd xəbərlə qayıtdı ki, bəs Sənəm qoşulub qaçıb. Bu xəbərdən, elə bil, Əyyubun bədənində qanı dondu. Bir müddət nə tərpənə, nə danışa bildi. Ədalət onu kürsüyə əyləşdirdi, su içirtdi. Həkim gəldi. Xəstəni həkim əlində qoyaq, görək Sənəmi necə qaçırtdılar.
Heydərin dostu qızın ağzını əli ilə tutmuşdu. Maşın sürətlə hərəkət edir, Sənəm çırpınır, qurtulmaq üçün çapalayırdı. Xeyli yol getdikdən sonra o sakitləşdi, daha çığır-bağır eləmədi, əl-qol atmadı. Heydər deyirdi: “Bax belə, ağıllı ol. Səni süd gölündə saxlayacam, atam qızıla bükəcək, heç nədən əskiyin olmayacaq. Səni çiynimdə gəzdirəcəm”x9d. Heydər özünü öyə-öyə danışır, maşın Araz qırağı şütüyürdü. Heydərin bacısı Sənəmə onu tərifləyirdi: “Ay Sənəm, qızların çoxunun gözü qardaşımdadır. Mən də sənə bacı olacam, səni çox istəyəcəm”x9d.xa0
Maşın Araz çayının yaxın sahili ilə gedirdi. Sənəm qızın qulağına nəsə pıçıldadı. Heydərin bacısı maşını saxlatdırdı. Maşından düşdülər. Sənəm qıza astadan nəsə deyib kolların arxasına keçdi”¦xa0
Xeyli vaxt keçdi, o gəlmədi. Qız qaçıranlar darıxdı. Heydər bacısına dedi:
”“ Bacı, bəlkə utanır, get gətir.
Qız kolluğa keçib Sənəmin özünü yox, paltarını görərək qışqırdı:
”“ Tez gəlin, Sənəm özünü çaya atıb.xa0
Qız qaçıranlar sahil boyu ora-bura vurnuxur, Araz qıjıltı ilə axırdı. Hava işıqlanmaq üzrə idi. Sənəm məhəbbəti yolunda özünü çaya atıb həlak eləmişdi. Heydərgil onun meyitini çayın qırağı boyu axtarmaqda olsun, görək xəstə Əyyubun başına nələr gəldi.xa0
Həkim xəstəyə lazım olan yardımı göstərdi və dedi ki, yüngül sarsıntı keçirib, bir-iki saat dincəlməlidi. Həkim dərman verib getmək üçün ayağa durdu. Burada Əyyub həkimə görək nə dedi və həkim ona necə cavab verdi:xa0
xa0
Həkim, bu dünyaya qaytarma məni,xa0
Qəlbim viran olmuş şəhər kimidi.xa0
Arzusu, istəyi ölmüş adamam,xa0
Gümanı kəsilmiş gedər kimidi.xa0
xa0
Həkim: xa0
xa0
Soruşuram, danışmırsan dərdini,xa0
Bizim əllərimiz şəfa kimidi.xa0
İstəyirəm sağ-salamat olasan,xa0
Zəhmət heç olanda cəfa kimidi.xa0
xa0
Əyyub:xa0
xa0
Özümün özümə yad gəlir səsim,xa0
Sevdim, sevdiyimdən qəm oldu dəsim.xa0
Vallah, yaşamağa yoxdu həvəsim,xa0
Yaşasam, bu ömür zəhər kimidi.xa0
xa0
Həkim:xa0
xa0
Mətləb Verən mətləbini bitirsin,xa0
Əngəl varsa, aralıqdan götürsün.xa0
Allah səni sevdiyinə yetirsin,xa0
Ona yalvarışım vəfa kimidi.xa0
xa0
Əyyub:xa0
xa0
Əyyub neylər belə yolu xa0getmişə,xa0
Nə deyəsən öz həddini ötmüşə?xa0
Mən nə deyim bu ilqarı itmişə?xa0
Sağlığım ölümdən betər kimidi.xa0
xa0
Həkim:xa0
xa0
Bu dərdi, əzabı üstünə tökmə,xa0
Gözünü ilqarsız yoluna dikmə.xa0
Gəl belə gözəlin həsrətin çəkmə,xa0
Eşitsən həkimi, şəfa kimidi.xa0
xa0
Söz tamama yetdi. Həkim məsələdən halı oldu. Vəfasız bir qızdan ötrü bu vəziyyətə düşməyi Əyyuba eyib saydı və əlavə məsləhətlər verib getdi. Əyyubla gələn dostu Kamil dedi ki, özünü üzmə, gəl çıxaq bağçada bir qədər gəzək, sən də özünə gəlmisən, daha başqa yolumuz qalmadı. Gedək evimizə. Evlənərsən, fikrin dağılar. xa0Onlar bağçaya çıxdılar. Bura çox gözəl idi. Kamil baxdı ki, Əyyub harasa diqqətlə baxır. Ondan soruşdu ki, nəyə baxırsan? Əyyub gülün budağında oturan sarı bülbülü ona göstərdi. Kamil dedi:xa0
”“ Maraqlıdı, oxumur, necə də sakit oturub. Elə bil qəmlidi.
Əyyub dedi:
”“ Bülbül qonduğu gül ətirli qızılgülün yox, ətirsiz qızılgülün budağıdır. Məncə, quş öz qızılgülünün həsrətini çəkir. Qızılgül də çoxdan solub. Sən xa0də mənə deyirsən ki, evlən.
Baxaq görək günahsız Sənəmi günahkar tutan Əyyub sarı bülbülə öz dərdini necə çatdırdı:xa0
xa0
Bu qərib ölkədə bu səhər çağı,xa0
Özündə itmisən, ay xa0sarı bülbül.xa0
Xumarlanıb qızılgülün köksündəxa0
Vüsala yetmisən, ay sarı bülbül.xa0
xa0
Qanı soyuq, baxışı daş, qar qızın,xa0
Yaşıl yarpaq, budaqları barsızın,xa0
Məni məndən alan o ilqarsızın
Yanından ötmüsən, ay sarı bülbül.xa0
xa0
Bir qələmdi, bir Əyyubdu, bir varaq,xa0
Nə məndən haray var, nə ondan soraq.xa0
Bəlkə mənim kimi unudularaq,xa0
Xəyala getmisən, ay sarı bülbül.xa0
xa0
Söz tamam oldu. Qərara gəldilər ki, bir azdan Kəlbəcərə yola düşsünlər. Odur ki, bağçadan Ədalətin evinə qayıtdılar. Qonaqlar çay içdikləri zaman Ceyran təlaşla içəri girib qaçırılan Sənəmin yolda özünü çaya atdığını, meyitin tapılmadığını xəbər verdi. Evdəkilər küçəyə qaçdılar. Yalnız Əyyub əyləşdiyi kürsüdən qalxa bilmədi. Elə bil, oturduğu yerdə ölmüşdü. Bir azdan sürücü Kamil və Ədalət evə qayıtdılar. Əyyubgil az bir vaxtda rayondan çıxmalı idi. Çünki hər kəs bu faciədə Əyyubu günahlandırırdı. Qorxulu bir vəziyyət yaranmışdı. Əyyubun xa0isə sanki beli sınmışdı, əyləşdiyi yerdən qalxa bilmirdi. Gözlərindən axan yaş olmasaydı, onu ölmüş bilərdilər.
Ədalət dedi:xa0
”“ Həsən müəllimin və Heydərin qohum-əqrəbası burda olduğunuzu bilsələr, hamınızı öldürəcəklər. Əyyub, özünü ələ al, qardaş, nə qədər ki onların başı qarışıqdı, meyiti axtarırlar, rayondan çıxmalısız. Yaxşı ki, burda olduğunuzu heç kəs bilmir.
Deyilən sözləri Əyyub eşidirdi. Lakin taqətsiz idi, tərpənə bilmirdi. Ədalət onun üzündən öpdü və ayağa qaldırmaq üçün qollarından yapışdı, Kamilin köməyi ilə həyətə çıxarıb maşının arxa oturacağına əyləşdirdilər. Kamil də arxada Əyyuba dayaq oldu. Maşın həyətdən çıxıb yola düşdü”¦
Heydərgil Sənəmin meyitini tapa bilməyib qayıtmışdılar. Yenidən camaatla birlikdə hadisə yerinə getdilər. Meyiti axşamtərəfi tapdılar. Reyhan xanımın ah-naləsi göyə qalxdı. O, hər iki üzünü parçalamış, al qana boyamışdı. Cənazənin torpağa tapşırılması səhərə saxlanıldı. Gecə yarıdan keçəndə Reyhan xanım meyit qoyulan otağa gəldi. Onun üstünə çəkilmiş örtüyü götürdü. Qızı tanınmaz hala düşmüşdü. Boynundan qızıl zəncirlə kiçik bir əsgi parçası asılmışdı. Reyhan xanım zənciri açıb öz qoynuna qoydu və meyitin üzünü örtüb otaqdan çıxdı. Ağlaya-ağlaya qohumlar yığılan otağa qayıtdı. Cənazə torpağa səhər tapşırıldı.xa0
Həsən müəllimin ailəsini yas içində qoyaq, görək Əyyubun axırı necə oldu.xa0
Bərdəyə çatanda onun halı tamam pisləşdi. Xəstəxanaya gətirdilər. Müayinə edən həkim gecikmədən paytaxta aparılmasını məsləhət bildi. Həmin gün Kamilgil Əyyubu Bakıya apardılar. Onu xəstəxanaya qoyub iki gündən sonra Kəlbəcərə qayıtdılar. Əyyub həkimlərin köməyi ilə dörd aydan sonra gözünü açıb danışa bildi. Qardaşı Yaqub xəstəxanaya yanına gəlmişdi. Onun “Vəziyyətin necədir”x9d sualına xa0“Sənəm öldü”x9d xa0deyə Əyyub cavab verib gözlərini yumdu. Yanaqları ilə göz yaşları süzülürdü. Həkim Yaquba otaqdan çıxmağı məsləhət bildi: “Qoyun dincəlsin. Ona bir müddət sakitlik lazımdı”x9d, ”“ dedi. xa0xa0
Bəli, günlər keçdi, Əyyubun huşu üstünə gəldi və dili açıldı. Yaxın günlərdə xəstəxanadan çıxacaqdı.
Xəstəxanadan çıxandan sonra qardaşı nə qədər təkid etdisə, Əyyub kəndə qayıtmaq istəmədi. Dedi ki, sən qayıt, mən sonra gələrəm.xa0
Yaqub çox yalvardı ki, qardaş, anamız yazıqdı, qocalıb, ona rəhmin gəlsin, mən ona necə deyə bilərəm ki, Əyyub gəlmədi?! Əyyub qardaşına belə cavab verdi:xa0
xa0
Mən əvəzdən söylə yazıq anama,xa0
Günüm nəhs aylara, illərə düşdü.xa0
Taleyim bəd gəldi, günahkar oldum,xa0
Adım ağızlara, dillərə düşdü.xa0
xa0
Yaqub:
xa0
A qardaş, dediyin bəraət deyil,xa0
Ana zəhmətinə gör nələr düşdü.xa0
Ananın yolunu bilməyən oğul
Evindən, elindən dərbədər düşdü.xa0
xa0
Əyyub:xa0
xa0
Bu günahın günahkarı neyləsin?xa0
Kimi tapsın, dərdi kimə söyləsin?xa0
Yalvar, zəhmətini halal eyləsin,xa0
Deynən səfil oğlun çöllərə düşdü.xa0
xa0
Yaqub:xa0
xa0
Gəl gedək, gecikmə, inada durma,xa0
Ata mülkümüzü yıxıb uçurma.xa0
Anamın zəhmətin daşlara vurma,xa0
Bu fikir başına nə təhər düşdü?xa0
xa0
Əyyub:xa0
xa0
Əyyubu az danla, candan bezikdim,xa0
Nə biləsən bu yollarda nə çəkdim?xa0
Sənəmə söz verdim, vaxta gecikdim,xa0
Yazıq bu səbəbdən əllərə düşdü.xa0
xa0
Yaqub:xa0
xa0
Ələyə sığmırsa, ələmək olmaz,xa0
Qardaşıq, Yaqubu bələmək olmaz.xa0
Bu elə dönüklük eləmək olmaz,xa0
Arxanca o böyük Kəlbəcər düşdü.xa0
xa0
Danışıq tamama yetdi. Yaqub qardaşına dedi:
”“ Bilirəm, o qızı sevirdin, həm də çox sevirdin. Nəzərə al ki, artıq o yoxdu. Ölmüş bir adamdan ötrü belə tərkidünyalıq boş şeydi. Ölüm sözü varsa, dözməkdən başqa əlac yoxdu. Anamıza yazığın gəlsin. O artıq qocalıb. Onu gözü yaşlı qoymaq Allaha da xa0xoş getməz. Gəl qayıdaq kəndimizə. Əzəmətli dağlar, doğma kəndimiz, buz bulaqlar, Tərtər çayı... sadalamağa nə ehtiyac, bütün bunlar sənə sirdaş, həmdərd, hayan olar. Səni darıxmağa qoymaz.
Əyyub mat-mat qardaşının üzünə baxaraq: “Sənəmin ölümünə mən səbəb oldum”x9d, ”“dedi.xa0
Nəhayət, çox yalvar-yaxardan sonra qardaşı çətinliklə olsa da, Əyyubu öz kəndlərinə apara bildi”¦xa0
Reyhan xanım qızının məzarı üstünə tez-tez gəlməyə adət eləmişdi. O, qəbir üstünə səhərlər gələr, “Bədbəxt elədiyim günahsız qızım”x9d deyərək qəbrin tozunu silər, ətrafını süpürüb ağlaya-ağlaya evinə qayıdardı. Bu gün də qəbir üstə gəlmək üçün səhər tezdən evdən çıxdı. Qəbirlərin və kolların arası ilə Sənəmin qəbrinə yaxınlaşanda məzarın üstündə saç-saqqalı uzanmış, səfil görkəmli bir kişinin kiminləsə danışdığını eşidib dayandı. Qəbirlərin ətrafında kişidən başqa heç kim yox idi. O, deyirdi:xa0
”“ Sənə dediyim həyat hadisələrinin biri də budur. Məni heç nə ovundurmur. Sənsiz çox darıxıram. Yəqin ki, gəldiyimi bilirsən. Dedim, həm halını soruşaram, həm də məndə olan əmanətini qaytararam.
Kişini dəli zənn edən Reyhan xanım qərara gəldi ki, onu sona qədər dinləsin. Kişi deyirdi:
”“ Anam qocalıb, məndən gəlin istəyir. Səni aparmağa gəlmişəm. Sənə inanıb arxayın olduğum üçün tək gəlmişəm. Ölümünə bais olmuşam. Bilirəm, yaraların ağırdı, gedə bilməyəcəksən. Mən də sənsiz gedə bilmirəm. Axı necə tək gedim? Axı səni çox sevirəm, gəlib sənə çata bilmədim. Məni bağışla.
Əyyub Sənəmin başdaşından öpəndə Reyhan xanım kəkələdi: “Əəəyyub, balamı da, səni də mən bədbəxt elədim”x9d, ”“ deyib Əyyubun boynunu qucaqlayıb hönkür-hönkür ağladı. Ağlaya-ağlaya da soruşdu:xa0
”“ Nə tez yazıqlaşıb bu günə düşdün?
Əyyub dinmədi. Hər ikisi ağlayıb ürəyini boşaltdı. Reyhan xanım soruşdu:
”“ Oğlum, bədbəxt qızımın səndə nə əmanəti var? Sənəmin də sənə çatası məndə bir əmanəti var, ”“ dedi və qoynundan qızının boyunbağısında olan kiçik bükülünü Əyyuba verdi. Əyyub da özündə olan qatlanmış kağızı Reyhan xanımın verdi. Bu, Sənəmin Əyyubdakı teli idi. Reyhan xanım verdiyi bükülüdəki kağız parçasında beş söz yazılmışdı: “Sənin olmadım, başqasının da olmayacam. Sənəm”x9d. xa0
Hər ikisi yenidən ağladı. Bu yerdə görək Reyhan xanım Əyyuba nə dedi və Əyyub ona necə cavab verdi.xa0
xa0
Reyhan xanım:
xa0
Öz əlimlə sizi bədbəxt elədim,xa0
Günahkaram, günahımı bağışla.xa0
Qızım öldü, sən biçarə bu gündə,
Zəhər verdim, mətahımı bağışla.xa0
xa0
Əyyub:xa0
xa0
Sənin dərdin elə mənim qədərdi,xa0
Onu mən vermişəm, ana, bağışla.xa0
Mənim sevgilimi, sənin balanıxa0
Qərq elədim o ümmana, bağışla.xa0
xa0
Reyhan xanım:
xa0
Hara dönsəm, dərd üstümə yeriyir,xa0
Dərd içində dərdli canım çürüyür.xa0
Ah-naləmdən sizin dağlar əriyir,xa0
Bu naləmi, bu ahımı bağışla.xa0
xa0
Əyyub:xa0
xa0
Qaralandı taleyimin dəftəri,xa0
Məni xəstə saldı ölüm xəbəri.xa0
Qəlbim qan ağlayır o vaxtdan bəri,xa0
Dolanıram yana-yana, bağışla.xa0
xa0
Reyhan xanım:xa0
xa0
Hər gün balam məni yanına çəkir,xa0
Öz cəzamdı, Allah mənə görk edir.xa0
Bir gün eşidərsən, Reyhan da köçür,xa0
Axşamımı, sabahımı bağışla.xa0
xa0
Əyyub:xa0
xa0
Əcəl məni addım-addım izləyir,xa0
Əyyub, uzaq getmə, yaxın gəl deyir.
xa0
İndi yazıq anam məni gözləyir,xa0
Necə gedim o məkana? Bağışla.xa0
xa0
Reyhan xanım qızının saçını qəbrin qırağında basdırdı. Sonra üzünü Əyyuba tutub dedi:
”“ Bizimkilər bir azdan qəbir üstə gələcəklər, ay yazıq, vaxtında çıx get. Şeytana lənət. Ana olmasaydım, səni anana verməzdim.
Reyhan xanımın dedikləri Əyyuba çatmadı. Götürdü görək Sənəmin məzarına nə dedi:xa0
xa0
Necə deyim, salamat qal, gedirəm,xa0
Belə gedişimə nə deyəcəksən?xa0
Qarşılayıb “xoş gəlmisən”x9d demədin,xa0
Bir də gəlişimə nə deyəcəksən?xa0
xa0
Çalışırdım yaddaşına dolanım,xa0
Qoymazdın ki, mən başına dolanım.xa0
Daş olmusan, başdaşına dolanım,xa0
Çərxi-gərdişinə nə deyəcəksən?xa0
xa0
Evlən demə, bu çətindi nə qədər,xa0
Belə qalsın, qoy dolanaq birtəhər.xa0
Əyyub səni səsləyəcək hər səhər,xa0
Belə vərdişinə nə deyəcəksən?xa0
xa0
Reyhan xanım dilləndi:xa0
”“ Əyyub, ay biçarə, yazıq, indi adamlarımız gələcək. Çıx get!
Əyyub Reyhan xanımın əlindən öpüb, onun üzünə baxdı. O, bu dəfə ağlamırdı, baxışları qəzəbli idi, Əyyuba sanki “Ləngimə, tez burdan uzaqlaş”x9d deyirdi. Əyyub Sənəmin daşdakı şəklindən öpüb qəbiristanlığın kənarında dayanan maşına əyləşdi. Yaqub mühərriki işə saldı və maşın tozanaq qopara-qopara Kəlbəcərə yola düşdü.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO