“Nizami 40 yaşında da, 62 yaşında da Tanrıdan onu şükürə çatdırmağı umub”x9d

“Nizami 40 yaşında da, 62 yaşında da Tanrıdan onu şükürə çatdırmağı umub”x9d

Hazırda oxunan: “Nizami 40 yaşında da, 62 yaşında da Tanrıdan onu şükürə çatdırmağı umub”x9d

105236
Moderator.az publisist - jurnalist Azər Qaraçənlinin "Nizaminin şükürü" əsərini hissə - hissə oxuculara təqdim edir. Əsərin qəlbində Allah sevgisi və xofu olan hər bir inanclı şəxs üçün maraq doğuracağına şübhə yoxdur:

"Nizami Gəncəvi Tanrıya çox şükür eləyən bəndə olub. Şeyx Nizami “İsgəndərnamə”x9ddə deyir sözləri bu dairədə düzəndə, yəni əsəri qələmə alanda Tanrını köməyə çağırdım, Tanrıdan bu naməni əziz, mübarək eləməyini, onu əziz tutanları da əziz eləməyini istədim, poemanın oxuculara sevinc gətirməyini, qəlbi qırıqların sinəsinə sığal çəkməyini, ümidsizləri diləyinə çatdırmağını, aciz adamların onu oxuyanda Tanrıdan güc almağını dilədim. Deyir bu minvalla Tanrıdan nə istədimsə verdi, verilənə də şükür elədim. Şair bunu “İsgəndərnamə”x9d poemasının birinci yarısında ”“ “Şərəfnamə”x9ddə yazır (bütün iqtibasları filoloji tərcümələrdən gətirirəm):

Bu dairədə mən sözləri düzdüyüm vaxt,
Tanrımı köməyə çağırdım
Ki, bu naməni əziz və mübarək eləsin.
Onu əziz tutanları da əziz eləsin.
Onun (“İsgəndərnamə”x9dnin) qol-qanadını elə açsın ki,
Onunla fal açanda səadət ulduzu nəsib olsun,
Qoy oxuculara sevinc gətirsin.
Bilənlərə də şadlıq yetirsin.
Qoy qəlbi qırıqlara qüdrət versin,
Qəmli sinələrin qəmküsarı olsun.
O, yaralı sinələrə sığal çəkər,
Müşkül işləri də açar.
Onu bir aciz adam oxumaq istəsə,
Oxuyanda Tanrı ona güc versin.
Və əgər ümidsiz bir bəndə onu əlinə alsa,
Nə diləyi varsa, yerinə yetsin.
Bu minvalla Allahdan nə istədimsə
Allah verdi və verilmişə şükür elədim.

Şair “Sirlər xəzinəsi”x9d poemasıyla “Leyli və Məcnun”x9d poemasını şükürlə bitirir. “Sirlər xəzinəsi”x9dndə yazır:

Şükürlər olsun ki, bu kitab ünvanına çatdı,
Ömür sona çatmamış kitab sona yetdi.
Nizami ona bəzək verib
Onu başdan ayağa gövhərə qərq elədi.

“Leyli və Məcnun”x9dda yazır:

Dastan tamamilə bitdi,
Allaha şükür elə, ey Nizami!
Bu dastan məhəbbət açarı olsun!
Oxunmasında xoşbəxtlik olsun!
Başlanğıcı səadətlidi,
Axırı da bəyənilmiş olsun!

“Xosrov və Şirin”x9d poemasına görə hökmdar şairə Həmduniyan adlı kənd bağışlayanda bir nəfər deyib niyə Nizami o kəndə görə bu qədər təşəkkür eləyir? O adam deyib Həmduniyan belə bir təşəkkürə dəyməz, çünki bu, xaraba bir kənddi, darısqal kürəyə oxşayır, eniylə uzunu yarım ağac da olmaz, gəliri yox, xərci çox”¦ Nizami o adama cavab verəndə deyib nemət yeyən gərək naşükür olmasın. Deyib sən mənim həmdimə, yəni şükürümə bax, Həmduniyan nədi, belə bir həmd iyirmi elə kəndə dəyər. Nizami deyib mən zəngin bir xəzinəyəm, qiymətim bir ölkə qədərdi, amma o kəndə görə hər saat Allaha şükür eləyirəm. Deyib mənim şükürüm mala görə deyil, ona görədi ki, bu halal muzddu. Nizami bu cavabını “Xosrov və Şirin”x9din sonuna əlavə eləyib. Poemasında şair paxıl adlandırdığı o adama belə cavab verdiyini yazır:

Mənə paxıllıq eləyənə belə cavab verdim:
“Nemət yeyən gərək naşükür olmasın.
Ey lağım vuran oğru, niyə gərək
Məhtab (gecənin aydınlığı) kimi o viranənin üstünə düşəsən?
Mənim həmdimə (yəni şükürümə) bax, Həmduniyan nədi,
Belə bir həmd onun iyirmisinə dəyər.
O kənddə bir iş ”“ əkin görürsənsə,
Mənim hər sözümdə bir behişt taparsan.
Əgər onun dən dolu sünbülü varsa,
Mən sünbül-sünbül dürr dənəsi gətirirəm.
Onun sıx bir meşəsi varsa,
Mənim yüz qümari ud meşəm var.
Ondan Fərat suyu feyz alırsa,
Mənim sözümdə dirilik suyunun feyzi var.
Ona xarabalıq üz veribsə,
Şahın bəxti xarabaları abad eləyəndi.
Mənim kimi qiyməti bir ölkə olan, zəngin xəzinə,
O torpaqdan ucuz tutulmaram.
Lakin o behişt əsaslıya görə
Hər saat Allaha şükür eləyirəm.
Mənim şükürüm mala görə deyil,
Ona görədi ki, bu halal muzddu.
Bir xalvar sədəfdən bir dürr yaxşıdı,
Saf bulaq suyu gur seldən yaxşıdı”¦”x9d

Bir hədisdə deyilir: Məhəmməd peyğəmbərin namaz qılmaqdan topuqları şişibmiş. Deyiblər, ey peyğəmbər, neyləyirsən bu qədər namaz qılmağı, onsuz da sənin bütün günahların bağışlanıb. Peyğəmbər belə cavab verib: “Şükür eləyən bəndələrdən olmayımmı?”x9d Yəni peyğəmbər demək istəyib mən namazı günahlarımın bağışlanmağı üçün yox, Tanrıya şükür eləmək üçün qılıram. O biri yandan da bu söz peyğəmbərin öz şükürünə böyük şükür kimi baxmadığını göstərir. Gecə-gündüz namaz qılmaqdan, yəni şükür ibadətlərindən ayağı şişsə də, peyğəmbərə elə gəlirmiş bundan az namaz qılsa, naşükürlük olar. Ona görə də peyğəmbər ibadəti azaltmağı təklif eləyənlərə belə cavab verib: “Şükür eləyən bəndələrdən olmayımmı?”x9d

Tanrıya çox şükür eləyən hər bir bəndə kimi Nizami Gəncəvi də heç vaxt öz şükürünə böyük şükür kimi baxa bilməyib. Sözsüz, peyğəmbər yaxşı bilirmiş ki, Tanrıya başqalarından çox şükür eləyir. O bunu yaxşı görürmüş. Ancaq o biri yandan da Tanrını hər cür şükürdən yüksəkdə gördüyünə, Tanrının hər şükürdən qat-qat artığına layiq olduğunu bildiyinə görə, ürəyi Tanrıya vurğunluqla, heyranlıqla, minnətdarlıqla dolub-daşdığına görə elədiyi bütün şükürləri az bilirmiş.

Nizaminin “Xosrov və Şirin”x9ddə paxıl adlandırdığı adama cavab verəndə “Nemət yeyən gərək naşükür olmasın”x9d, “Sən mənim həmdimə (şükürümə) bax, Həmduniyan nədi, belə bir həmd onun iyirmisinə dəyər”x9d, “Hər saat Allaha şükür eləyirəm”x9d, “Mənim şükürüm mala görə deyil”x9d deməyi, “İskəndərnamə”x9ddə “Allahdan nə istədimsə verdi və verilmişə şükür elədim”x9d yazmağı göstərir ki, şair Tanrıya şükür eləyən bəndələrdən olduğunu, özü də Tanrıya çox adamdan artıq şükür elədiyini yaxşı bilirmiş, yəni Nizaminin bundan xəbəri varmış. Ancaq o biri yandan da Nizami heç vaxt öz şükürünə qane olmayıb.

“Xosrov və Şirin”x9d Nizami Gəncəvinin beş poemasından ikincisidi. Bu poemanı şair 40 yaşında yazıb, 4 il də üstündə işləyib. Poemanın başlanğıcında Nizami Tanrıya diləklərini çatdıranda bunu da diləyir:

İçərimi haqq nuruyla işıqlandır,
Dilimə öz şükürünü öyrət.

“Xosrov və Şirin”x9ddəki minacatında şair Tanrıya yenə bu diləklə üz tutur:

Əvvəl məni torpaqdan yaradan sənsən,
Yaranmışların içindən də məni sən seçib ucaltdın.
Üzümü işıqlandırdın, gözümü də işıqlandır,
Mənə nemət verdin, şükür eləməyi də öyrət.
Çətinliyə düşəndə səbir ver, qoy dözümlü olum,
Asanlığa çıxanda qoyma səni unudum.

“İsgəndərnamə”x9d Nizaminin sonuncu poemasıdı. 68 il ömür sürmüş şair bu poemanı 62 yaşında yazıb. “İsgəndərnamə”x9dnin başlanğıcında şair Tanrıya diləklərini çatdıranda yenə Yaradandan onu şükürə qovuşdurmağını istəyir (“Şərəfnamə”x9ddə):

Əvvəl məni şükürə qovuşdur, sonra dövlətə,
Əvvəl mənə dözüm ver, sonra
Dözə bilməyəcəyim bəlaları
Məndən uzaqlaşdır, ey ədalətsizlikdən uzaq olan!

Beləliklə, Nizami bütün ömrü boyu Tanrıya şükür eləyə-eləyə bütün ömrü boyu da Tanrıdan onu şükürə qovuşdurmağı diləyib. Tanrıya çox şükür eləyən adam heç vaxt öz şükürünə böyük şükür kimi baxa bilməz. Tanrıya başqalarından artıq şükür elədiyini görməyi onu sakitləşdirə bilməz, çünki o, şükürə yarış kimi baxmır, şükürü başqalarının nə qədər şükür eləməyilə ölçmür. Şükür ”“ Tanrıya vurğunluğun, heyranlığın, Yaradanın verdiyi nemətlərdən xəbərdar olmağın, buna minnətdarlıq duymağın nəticəsidi. Tanrının hədsiz vurğunu olan, Yaradana sonsuz minnətdarlıq duyan, Tanrının elədiyi yaxşılıqların, verdiyi nemətlərin saya-hesaba gəlmədiyini bilən, ürəyi şükürlə dolub-daşan adam heç vaxt şükürdən doya bilməz, şükürünə qane ola bilməz. Belə adam nə qədər şükür eləsə də, yenə Tanrını öz şüküründən, hər bir şükürdən qat-qat yüksəkdə görəcək, heç vaxt bəs deyincə şükür eləyə bilməyəcək, heç bir şükürə bəs deyə bilməyəcək. Ona görə Nizami 40 yaşında da, 62 yaşında da Tanrıdan onu şükürə çatdırmağı umub. Elədiyi şükürlər ona həmişə azlıq eləyib. O heç vaxt şükürünü Tanrıya vurğunluğunun, Yaradana minnətdarlığının həddinə, Tanrının elədiyi yaxşılıqlar, verdiyi nemətlər həddinə çatdıra bilməyib. O, ürəyindən tikan çıxaracaq bir şükür tapa bilməyib. Bu, Nizaminin zəifliyinin nəticəsi deyil, insanın alın yazısı belədi. Gecə-gündüz Tanrıya şükür eləyən bəndələrin də yazısı belədi. Məhəmməd peyğəmbərin də yazısı belə olub. İnsan Tanrıya şükür eləməlidi, ancaq insan Tanrıya şükür çatdıra bilməz. Heç kimin Tanrıya şükür çatdırmaq imkanı yoxdu.

Nizaminin şükürünü onun əsərlərində təkcə “şükür”x9d sözünü işlətdiyi yerlərdə axtarmaq olmaz. Nizaminin əsərlərində bu sözü işlətmədiyi yerlər də şükürlə doludu. Özü də onun bu cür şükürlərinin sayı birbaşa “şükür”x9d dediyi yerlərin sayından da çoxdu. Nizaminin Tanrıya alqışlarının, tərənnümlərinin (tövhidlərin), müraciətlərinin (minacatların), Məhəmməd peyğəmbərə yazdığı təriflərin (mədhlərin) hamısı şükürdü ”“ “şükür”x9d sözünü işlətsə də, işlətməsə də. Bəlli olduğu kimi, klassik şairlərimiz iri əsərlərini Tanrını alqışlamaqla, Tanrının birliyini tərənnüm eləməklə (tövhid), Yaradana müraciətlə (minacat), Məhəmməd peyğəmbərin tərifiylə (mədh) başlayardılar. Bu alqışların, tərənnümlərin, müraciətlərin, təriflərin hamısında şükür var. Yəni tək Nizaminin yox, başqa şairlərimizin də əsərlərinin bu hissələri şükürdü. Ancaq Nizami burda da seçilir. Əvvəla, o, poemalarında Tanrını alqışlamağa, tərənnüm eləməyə, Tanrıya müraciətlərə, peyğəmbərin tərifinə geniş yer ayırır. Hər poemasını başlayanda yüzdən çox misrada ”“ 150, 200, 300 misrada ancaq Tanrıyla danışır, Tanrıdan, peyğəmbərdən danışır. İkincisi də, məsələ təkcə həcmdə deyil. Ruhca da burda şükür çoxdu. Nizaminin alqışlarında, tərənnümlərində, minacatlarında, mədhlərində şükür ovqatı başqa şairlərimizin eyni ənənəylə iri əsərlərinin girişində yazdığı alqış, tərənnüm, minacat, mədhlərdə duyulan şükür ovqatından güclüdü.

Şairlər Tanrıya alqışı, tərənnümü, minacatı, peyğəmbərə tərifi təkcə iri əsərlərinin girişində yazmayıblar. Ayrıca alqışlar, tərənnümlər, minacatlar, mədhiyyələr də var. Ancaq Nizaminin qəzəl-qəsidələrindən bizə yalnız bir neçəsi gəlib çatdığından, biz onun Tanrıya, peyğəmbərə yazdıqlarını əsasən poemalarında oxuyuruq. Ona görə də mən Nizaminin alqışlarını, tövhidlərini, minacatlarını, mədhlərini başqa şairlərimizin ancaq iri əsərlərinin girişindəki alqışlarla, tövhidlərlə, minacatlarla, mədhlərlə tutuşdururam.

Nizaminin padşahlara yazdığı mədhlər də var. Belə mədhlərdə də şairin Tanrıya şükürünə rast gəlmək olar. Çünki bu təriflərdə tək padşahlara yox, Tanrıya da minnətdarlıq ifadə olunur.

Nizaminin qəhrəmanları tez-tez Tanrıya üz tutur, Tanrıya alqış, şükür, dua eləyir, Yaradandan kömək istəyir. Onların belə müraciətlərində şükürə təkcə “şükür”x9d sözünün işləndiyi yerlərdə yox, işlənmədiyi yerlərdə də rast gəlmək olur. Bunların hamısını nəzərə alanda Nizaminin yaradıcılığında şükürün ”“ “şükür”x9d sözünü oxuduğumuz yerlərdən nə qədər çox olduğu bir daha aydınlaşır. Biz Nizaminin istər öz dilindən, istər qəhrəmanlarının dilindən “şükür”x9d sözünü işlətmədiyi, birbaşa şükür məsələsini qaldırmadığı, ancaq mahiyyətcə elə bunu dediyi, buna çalışdığı misralarını misal çəkmək istəsək, gərək şairin əsərlərindən xeyli hissəni bura köçürək. Ona görə Nizaminin sözün özüylə yox, havasıyla Tanrıya şükür elədiyi, qəhrəmanlarının diliylə yox, duyğusuyla, davranışıyla oxucunu şükürə yönəltdiyi yerlərin çoxunun üstündən keçib, onun əsasən birbaşa şükür məsələsini qabartdığı yerlərdə dayanmağa məcburuq.

“İsgəndərnamə”x9dnin ikinci yarısında ”“ “İqbalnamə”x9ddə şair deyir biz Allaha Məhəmməd peyğəmbərlə şükür eləyirik:

Ardı var...
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO